Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri

01 mart 2021 | 16:00

1. 28 fevral 2021-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
28 fevral 2021-ci il tarixdə 964 nəfərlə görüşülmüş və onlardan 76 nəfərin maskasız olması müəyyən edilmişdir.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
28 fevral 2021-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 1989 nəfərlə görüşülmüş, onlardan 190 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.

4. 28 fevral 2021-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 2953 nəfərlə görüşülmüş və 266 nəfərin maskasız olması müəyyən olunmuşdur.

5. 28 fevral 2021-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin rejimi qaydalarını pozduğu üçün 4 nəfər rayon sakininin hər biri 100 manat olmaqla ümumilikdə 400 manat məbləğində cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.

Keçidlər