Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmat idman növü üzrə rayon birinciliyi

02 mart 2021 | 16:00

Masallıda onlayn qaydada keçirilən Şahmat idman növü  üzrə rayon birinciliyinə yekun vuruldu.
         28 fevral-02 mart 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə  Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Vətən uğrunda"  onlayn qaydada keçirilən  gənclələr (oğlan və qızlar) arasında Şahmat idman növü üzrə rayon birinciliyinə yekun vuruldu.
       Rayon birinciliyinin keçirilməsində əsas məqsəd Vətən uğrunda öz canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.
   Yarışın yekun nəticəsinə əsasən:
        Gənclər (qızlar) arasında birinci yerə Quliyeva Zeynəb Ruhil qızı, ikinci yerə Sadiqzadə Səma Kənan qızı, üçüncü yerə isə Ağacanova Lalə Rauf qızı layiq görülmüşdür.
        Gənclər (oğlanlar) arasında birinci yerə Əkbərov Nuran Nizami oğlu, ikinci yerə Ağacanov Fuad Rauf oğlu, üçüncü yerə isə Paşayev Səfa Vəfalı oğlu layiq görülmüşdür.
         Birincilikdə qalib gəlmiş şahmatçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

Keçidlər