Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının idmançı gəncləri idmançı şəhidin ailəsini ziyarət etdi

02 mart 2021 | 16:00

Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi Idmançı şəhidin ailəsini ziyarət etmişdir.

02 mart 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Seyfullayev Araz Elsevər oğlunun ailəsini ziyarət etmişdir. Ziyarət zamanı əsgər Seyfullayev Araz Elsevər oğlunun keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, ailənin qayğıları dinlənilib. Və bildirilib ki, respublikamızın müstəqilliyi və vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş övladların xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Şəhid ailələri daim Prezident İlah Əliyevin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunur Şəhidimizin ailəsi onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişdlər.

Qeyd edək ki, Seyfullayev Araz Elsəvər oğlu Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman məktəbinin cüdo bölməsinin yetirməsi olmuşdur. İdmanla məşğul olduğu vaxtlarda dəfələrlə rayon və zona yarışlarının iştirakçısı və mükafatçısı olmuşdur.

 

Keçidlər