Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinə virtual ekskursiya

18 aprel 2021 | 16:00

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinə virtual ekskursiya təşkil edilib

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar virtual ekskursiya təşkil edilib. Ekskursiyada rayonun Qodman kənd və Ərkivan qəsəbə 4 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Virtual ekskursiya zamanı muzeyin direktoru Tağəyeva Əntiqə ilk olaraq qeyd etdi ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar.

Muzeyin direktoru Tağıyeva rayonumuzun tarixi abidələri haqqında və ekspozisiyalarda sərgilənən eksponatlar barədə iştirakçılara ətraflı məlumatlar verib, məktəblilərin nümunələrlə bağlı suallarını cavablandırılıb

Keçidlər