Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Mədəniyyət işçilərinin Ramazan ziyarəti davam edir

21 aprel 2021 | 16:00

Mədəniyyət işçilərinin Ramazan ayı ilə əlaqədar şəhid ailələri və müharibə qazilərini ziyarətləri davam edir.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Masallı rayon komitəsinin təşkilatçılığı və maddi dəstəyi ilə komitə sədri və Masallı Regional Mədəniyyət İdarəsinin rəhbər işçiləri rayonun bir neçə kəndində şəhid ailəsi və müharibə iştirakçılarını Ramazan ayı ilə əlaqədar ziyarət ediblər.

Mədəniyyət işçiləri və sədr əvvəlcə rayonun Təzə Alvadı və Viləş kəndlərində şəhid Sənan Səlimov və Balaqardaş Vəliyevin ailəsinə baş çəkiblər. Daha sonra onlar rayonun Hacıtəpə kəndində qazi Tərlan Salmanov və Məhəmməd Səlimovu ziyarət ediblər.

Ailələrlə görüş zamanı mədəniyyət işçiləri onlara Ramazan sovqatı təqdim edib, qazilərin səhhəti və qayğıları ilə maraqlanıblar.

 

Keçidlər