Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda imtahan keçiriləcək məktəblərdə hazırlıq vəziyyəti

22 aprel 2021 | 16:00

23 aprel 2021-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanla bağlı Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova və rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov rayonda imtahan keçiriləcək 7 ümumtəhsil məktəbində (Masallı şəhər 1, 3, 4 saylı orta məktəbləri, Dəfinə məktəb liseyi, Ərkivan qəsəbə 2 saylı, Banbaşı və Bədəlan kənd orta məktəbləri) imtahana hazırlıq vəziyyəti, sanitar epidemioloji vəziyyətlə maraqlanmış, məktəb rəhbərliklərinə tapşırıq və tövsiyyələrini vermişlər.

Qeyd edək ki, 23 aprel 2021-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanda Masallı rayonu üzrə ümumilikdə 1471 şagirdin iştirakı nəzərdə tutulmuşdur.

Keçidlər