Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tütün əkini sürətlənir

16 may 2021 | 16:00

Cari təsərrüfat ilində Masallıda 52 hektardan çox sahədə tütün yetişdirilməsi proqnozlaşdırılıb.

Belə ki, rayonun əksər yaşayış məntəqələrində tütün əkiləcək. Artıq fermerlər və məhsul istehsalçıları parniklərdə yetişdirdikləri şitilləri sahəyə köçürməyə başlamışlar. 16 may 2021-ci il tarixə kimi Masallıda 11 hektar sahəyə şitil köçürülmüşdür.
Hər il olduğu kimi cari ildə də Banbaşı kəndinin fermerləri əkində daha irəlidə gedirlər. Banbaşı ərazi bələdiyyəsinin sədri Böyükxan Rəhimovun redaksiyamıza verdiyi məlumata görə cari ildə daha çox tütün yetişdirməyi planlaşdırıblar.

Rayonda uzun müddət tənəzzül dövrünü yaşayan tütünçülük dövlət dəstəyi ilə 2015-ci ildə yenidən dirçəlməyə başlayıb.Həmin il rayonda ilk dəfə 2015-ci ildə 14 hektarda tütün əkilib. 2019-cu ildə Masallı rayonunda tütün əkin sahələri genişləndirilərək 35 hektara çatdırılıb. Məhsul istehsalçıları Şəki şəhərində fəaliyyət göstərən tədarük məntəqəsinə 57,2 ton qurudulmuş tütün təhvil veriblər. Keçən il tütün əkin sahələri daha 16 hektar genişləndirilib.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda istehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanması və emalının, həmçinin Masallı rayonunda tütünqurutma məntəqələrinin yaradılması nəzərdə tutulub. Problemin həlli rayonda tütünçülüyün inkişafı üçün geniş imkanlar yaradar.

Ötən illərdə məhsul istehsalçıları əkin zamanı daha çox “İmmunium” növlü ətirli tütünə üstünlük veriblər. Bu il də həmin sortlardan istifadə edilir.

Keçidlər