Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Xırmandalı-Həsənli yolu təmir olunub

18 may 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına  səbəb olur. Bunu Masallı rayonunun timsalında da görmək olar. Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə son illər şəhər, qəsəbə və kəndlərimizin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülüb, küçələrə yeni asfalt döşənib və cari ildə də yol infrastrukturunun yenilənməsi davam etdirilir.
18 may 2021-ci il tarixdə AAYDA (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin) Masallı rayon şöbəsi tərəfindən Xırmandalı-Həsənli kənd yolunda dağılmış asfalt qatlarının təmir olunması həyata keçirilmişdir. Belə ki, yol inşaatçıları əsas yolun keçən hissəsindən dağılmış asfalt qatlarının təmir olunması prosesin həyata keçirilmişlər.
Xırmandalı və Həsənli kəndlərinin sakinləri AAYDA (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin) Masallı rayon şöbəsinin inşaatçılarına, əməyi keçən hər bir kəsə təşəkkürünü bildirir.

Keçidlər