Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda qazilərlə görüş keçirilib

08 iyun 2021 | 16:00

08 iyun 2021-ci il tarixdə Masallı şəhər “Cümə” məscidində qazilərlə görüş keçirilib.

Məscid rəhbərliyinin təşəbbüsü ilə təşkil olunan görüş öncəsi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüş zamanı QMİ-nin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi Məftun Hüseynov, QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov dinimizin qazilərə, şəhidlərə verdiyi dəyər, torpağa, vətənə məhəbbətin müqəddəsliyi barədə fikirlərini bildiriblər.

Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, millət vəkili Məşhur Məmmədovun köməkçisi Mirnizam Vahabov 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd ediblər.

I və II Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan Cəmaləddin Məmmədov və digər qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs edib, hərtərəfli sosial təminatla əhatə olunduqlarını qeyd ediblər.

Görüşdə qazilərə hədiyyələr təqdim edilib.

Sonda tədbir iştirakçıları Masallı şəhərindəki Qəhrəmanlar abidəsini ziyarət ediblər.

Keçidlər