Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Poçt işçiləri kənd ağsaqqalları ilə görüşdü

09 iyun 2021 | 16:00

Masallı Poçt filialının şöbələri əhaliyə göstərilən poçt rabitəsi - maliyyə xidmətlərinin vəziyyətini və vətəndaşların arzu və istək öyrənmək məqsədilə mütəmadi olaraqyerlərdə əhali ilə görüşlər keçirir.
Görüş Birinci Yeddioymaq kənd ağsaqqalları ilə çay süfrəsi ətrafında baş tutdu.
Ağsaqqallar onlara göstərilən poçt rabitəsi xidmətindən razı olduqlarını bildirib, əraziyə xidmət göstərən kənd poçt şöbəsində Smart-kart tipli elektrik sayğaclarının kartlarına pul yükləmək üçün kart reader qurğusunun quraşdırılmasını xahiş etdilər.
Qaldırılan məsələnin dərhal yerindəcə həlli üçün filial rəisi aidiyyatı işçilərə tapşırıq verdi və məsələ həllini yerindəcə tapdı.
Kənd ağsaqqalları qaldırılan problemin operativ həllinə görə "Azərpoçt" MMC-nin rəhbərliyinə minnətdarlıqlarının çatdırılmasını xahiş etdilər.

Keçidlər