Şriftin ölçüsü :

Saytın rəngi :

Təzəkənd kəndi ərazisində su kanalları təmizləndi

21 iyun 2021 | 16:00

Bu günlərdə Masallı rayon Təzəkənd ərazisində 500 metrlik su kanalları məişət tullantılarından təmizlənmişdır. Ənənəvi şəkildə aparılan kənd təsərrüfatı sahəsinə kömək işləri fəal vətəndaşların hesabına həyata keçirilir.
Təzəkənd kənd inzibati ərazi dairəsi nümayəndəliyindən «Yeni həyat» qəzeti redaksiyasına verilən məlumata görə son bir neçə illər ərazidə, yay vaxtları kənddə su qıtlığı yaranır. Buna səbəb ərazidən keçən su kanallarının məişət tullantıları və artıq torpaqla dolu olması olur. Ona görə də Təzəkənd İƏD üzrə nümayəndəliyi və kəndin fəalları həmin işi vaxtlı-vaxtında yerinə yetirilməyə təşəbbüs edirlər.

Keçidlər