Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatının əməkdaşları şəhid məzarlarını ziyarət ediblər

13 iyul 2021 | 16:00

YAP Masallı rayon təşkilatı rayonun Qızılağac və Şərəfə kəndlərindən olan II Qarabağ müharibəsi Şəhidlərinin məzarlarını ziyarət ediblər

YAP Masallı rayon təşkilatı rayonun Qızılağac və Şərəfə kəndlərindən olan II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.YAP Masallı rayon təşkilatının əməkdaşları və fəal üzvləri ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Əliyev Əlisa Arif oğlu, Babayev Cavad Gülverdi oğlu, Vəliyev Ramazan Hilal oğlu və Əbilov Nurlan Fərrux oğlunun məzarlarını ziyarət edib, gül-çiçək dəstələri düzüblər. Ziyarət zamanı bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Masallı rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.Qeyd olunub ki, 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və Şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Keçidlər