Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Şahmat idman növü üzrə rayon birinciliyi

14 iyul 2021 | 16:00

Masallıda Şahmat idman növü  üzrə rayon birinciliyinə yekun vuruldu.

         13-14 iyul  2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Uşaq Gənclər İdman Şahmat Məktəbində COVİD-19 pandemiyasına qarışı əsəs müdafiə tədbirlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümünə  həsr olunmuş uşaqlar , yeniyetmələr və gənclər  (oğlan və qızlar)  arasında Şahmat idman növü  üzrə  Masallı rayon birinciliyinə  yekun vuruldu.
       Rayon birinciliyinin keçirilməsində əsas məqsəd uşaqlar , yeniyetmə və gənclər arasında şahmat idman növünə olan marağın artırılması, idmançılar arasıda dostluq əlaqələrinin möhkəmləndirilməsi eləcədə,  onların  asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.
   Yarışın yekun nəticəsinə əsasən:
        Uşaqlar  (oğlanlar)  arasında birinci yerə İmaməli Taleh İmanəddin oğlu, ikinci yerə Məhərrəmli Fazil Zülfüqar oğlu, üçüncü yerə Sadıqlı Miryusif Kənan oğlu layiq görülmüşdür
        Uşaqlar  (qızlar)  arasında birinci yerə Ağacanova Lalə Rauf qızı , ikinci yerə Ağacanova Leyla Aslan qızı, üçüncü yerə Zeynallı Ayan Emin qızı layiq görülmüşlər.
        Yeniyetmələr (oğlanlar) arasında birinci yerə Ağacanov Fuad Rauf oğlu, ikinci yerə Hüseynzadə Heydər İftixar oğlu, üçüncü yerə  Allahverdiyev Səid Ramin oğlu layiq görülmüşlər.
     Yeniyetmələr (qızlar ) arasında birinci yerə Quliyeva Zeynəb Ruhil qızı, ikici yerə Hüseynova Mələk Qurbanqulu qızı, üçüncü yerə Quliyeva Aytac İlkin qızı layiq görülmüşdür.
      Gənclər (oğlanlar) arasında birinci yerə Ramazanov Əli Rüfət oğlu, ikinci yerə İmaməli Saleh İmanəddin oğlu, üçüncü yerə Ağazadə Bağır İlkin oğlu layiq görülmüşlər
       Gənclər  (qızlar) arasında birinci yerə Sadıqlı Səma Kənan qızı, ikinci yerə Dadaşova Zəhra Əsəd qızı , üçüncü yerə Əliyeva Nuray Sirac qızı layiq görülmüşlər.
                 Birincilikdə qalib gəlmiş şahmatçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

Keçidlər