Şriftin ölçüsü :

Saytın rəngi :

BORADİGAHDA UŞAQLARIN SEVİNCİ

21 iyul 2021 | 16:00

Boradigah qəsəbəsində uşaq-əyləncə mərkəzi yaradılır.

Rusiya Federasiyasında yaşayan Hacı Yusif Qəniyev qəsəbənin balaca sakinlərinə gözəl hədiyyə bəxş edir. Xeyriyyəçi qəsəbənin günçıxanında, «Taxta körpü» deyilən yerdə uşaq-əyləncə mərkəzi yaradır. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı qeyd edir ki, əyləncə mərəzində işlər tamamlanmasa da balaca fidanlar artıq mərkəzdə bu sevinci yaşayırlar. Hələlik burada 20-yə yaxın uşaq-əyləncə qurğusu yaradılmışdır.
Yellənciklər, ziqzaqla sürüşmə qurğusu, paralel yollar, stolüstü oyunlar artıq balacaların ixtiyarındadır. Uşaqlar burada sanitar qovşaqlar, soyunub-geyinmə otağından da istifadə edəcəklər. Mərkəzdə mini meydança olacaq, işıqlandırma sistemi yaradılacaq. Bu xeyirxah iş üçün Boradigah qəsəbəsinin sakinləri Rusiya Federasiyasında yaşayan Hacı Yusif Qəniyevə təşəkkür bildirirlər.

Keçidlər