Şriftin ölçüsü :

Saytın rəngi :

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü

09 sentyabr 2021 | 16:00

Masallı rayon Mərkəzi Kitabxanasında Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov dünya mediası üçün əlamətdar sayılan bu tarixin 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edildiyini bildirib. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunduğunu deyərək, bu tarixi günün 1958-ci ilin mayından qeyd edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü özündə böyük bir mənanı, çağırışı əks etdirir. Həmrəylik hər bir məsələnin həllində stimulverici amildir. Hər bir ölkənin həyatında əhəmiyyətli rola malik, reallıqlarının təbliğatçısı, ən əsası inkişaf səviyyəsinin göstəricisi olan mətbuatın üzərinə düşən missiyanın fonunda bu həmrəyliyin yeri və rolu daha aydın görünür.

Sonra kitabxananın əməkdaşı, ictimai müxbir Rasif Dadaşov məruzə ilə çıxış edərək Azərbaycanın digər fəaliyyət istiqamətləri kimi, media sahəsində də beynəlxalq əhəmiyyətli tədbirlər üçün məkan seçildiyini və respublikamızın azad mətbuatın inkişaf etdiyi ölkə kimi nüfuz qazandığından söz açıb. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, Rasif Dadaşov vurğulanıb ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad media çox uğurla inkişaf edir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi”, 2009-cu ilin aprelində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək və jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlar idi. Milli mətbuatın yubileylərinin qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir

Keçidlər