Şriftin ölçüsü :

Saytın rəngi :

QİYMƏTLİ ƏDVİYYAT BİTKİSİ — ZƏFƏRAN…

10 sentyabr 2021 | 16:00

Masallıda maraqlı və qiymətli ədviyyat bitkisi olan zəfəran əkininə də diqqət var. Bu il şəxsi həyətlərdə 33,7 hektar zəfəran əkilmişdir. Artıq məhsul yığımı başa çatıb. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı rayon statistika idarəsinin məlumatına istinadən xəbər verir ki, torpaq sahibləri 6 sentner ədviyyat məhsulu tədarük ediblər. Mahmudavar ərazisində bu sahəyə maraq daha çoxdur. Onlar 2 hektar sahədən 0,36 sentner məhsul əldə ediblər. Ərtkivan, Bədəlan, Gəyəçöldə də zəfəran yığımında uğurlu nəticələr var.

Keçidlər