Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Torpağın naləsi” tamaşası

14 sentyabr 2021 | 16:00

Masallıda “Torpağın naləsi” tamaşası onlayn nümayiş olunub

14 sentyabr 2021-ci il tarixdə Masallı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən rayon Xalq Teatrı şəhidlərimizə həsr olunan silsilə tamaşanı davam etdirib.

Növbəti dəfə “Torpağın naləsi” adlı ədəbi-bədii kompozisyası təqdim edilib.

Tamaşada aktyorlarla yanaşı Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi də iştirak edib.

Jurnalist-publisist Əlihüseyn Şükürovun müəllifliyi ilə bir pərdəli, üç şəkilli həmin tamaşa Fesbuk sosial hesabları vasitəsilə canlı şəkildə onlayn nümayiş etdirilib.
Tamaşanın rejissoru Cəmaləddin Əliyev, səhnə tərtibatı Elsevər Əliyev və musiqi tərtibatçısı Ruslan Zahidovdur.

Səhnə əsəri Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrdən, cəbhə uğurlarımızın ən başlıca səbəbi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasından, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyindən, Masallıdan olan şəhid döyüşçülərin həyatından bəhs edir. Qeyd olunub ki, Azərbaycan Ordusu 44 günlük müharibədə tarixi Qələbə əldə etdi.

Keçidlər