Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının qarğıdalı sahələri

15 sentyabr 2021 | 16:00

Masallının qarğıdalı sahələrində orta məhsuldarlıq 33.2 sentner təşkil edir.

Masallı fermerlər bu il 59.5 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək 59.5 hektar sahənin məhsulu yığılıb, 197.5 ton dən qarğıdalı istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 33.2 sentner təşkil edir.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə cari ildə rayonda 125 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı da əkilib.
Qeyd edək ki, masallı fermerləri ötənilki mövsümdə 65.5 hektar qarğıdalı sahəsindən 217.1 ton məhsul əldə ediblər.

Keçidlər