Şriftin ölçüsü :

Saytın rəngi :

Banbaşı kəndində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı

16 sentyabr 2021 | 16:00

Masallının Banbaşı kəndində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
16 sentyabr 2021-ci il tarixdə Masallı rayonunun Bambaşı kənd izibati ərazi dairəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən oğullarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, Gənclər və İdman idarəsinin və Gənclər evinin kollektivi, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçıları, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, həmçinin media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abidə kompleksinin önünə əklillər və  gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açıb. Məhz 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.

İcra başçısı Bambaşı kəndində abidənin inşasında əməyi keçən hər kəsə, o cümlədən kənd fəallarına, şəxsən bu abidə kompleksini ərsəyə gətirən Aprel döyüşləri iştirakçısı və İkinci Qarabağ müharibəsi şəhidi, «Vətən uğrunda» medallı Elmir Akifzadənin atasıGündüzə öz təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları-Professor Anar İsgəndərov və Məşhur Məmmədov, veteran müəllim Əliəşrəf Zeynalov, şəhid Elmir Akifzadənin nənəsi Gülafərin xanım, Ağcabədi rayonunun Avşar kəndindən gələn, şəhid əsgər Elmir Akifzadə ilə bir yerdə döyüşən, İkinci Qarabağ müharibəsi şəhidi Azad Tapdıqovn atası Azər Tapdıqov və başqaları Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Şəhid ailələri və qazilər çıxışlarında şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon icra başçısına öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə məktəblilərin ifasında Vətənə, Ali Baş Komandana, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Sonda şəhid ailələrinin üzvləri və kənd sakinləri ilə xatirə şəkili çəkilib.

Keçidlər