Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfərə aparan yol: milli və dini həmrəylik

20 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Masallı Rayon Mərkəzləşmiş Kitabxana Sistemində pandemiya qaydalarını gözləməklə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda seminar keçirilib.

Seminarda DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri, «Dövlət qulluğunda fərqlənməyə görə» medallı Miryəhya Bədirov, şöbənin əməkdaşıları Kamil Bağırov və Süleyman Abıyev, Masallı Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Əlhəddin Nəzərov, Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.

Çıxışlar zamanı mövzunun əhəmiyyəti barəsində geniş danışıldı. Qeyd edildi ki, müxtəlif xalqlara mənsub olan və fərqli dinlərə sitayiş edən hər bir azərbaycan vətəndaşı 44 günlük Vətən Müharibəsində öz Prezidentinin ətrafında “dəmir yumruq” olaraq birlik nümayiş etdirdi və uzun illər düşmən tapdağı altında qalan əzəli tarixi torpaqlarımız vətən övladlarının qətiyyətli mübarizəsi və qələbəyə köklənən iradəsi hesabına işğaldan azad edildi. Şanlı tarixi zəfərin qazanılmasında Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişlərinin, rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan azsaylı xalqların və müxtəlif dini konfessiyaların nümayəndələrinin torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda birgə mübarizəsi nəticəsində Azərbaycan xalqı ölkədəki mövcud zəngin multikultural və tolerant dəyərləri bir daha dünyaya nümayiş etdirdi.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər