Şriftin ölçüsü :

Saytın rəngi :

“Gəncə terroru” mövzusunda anım tədbiri

21 oktyabr 2021 | 16:00

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Gəncə terroru nəticəsində şəhid olmuş insanların xatirəsinə həsr olunmuş “Gəncə terroru” mövzusunda anım tədbiri keçirilmişdir.

Tədbirdən qabaq terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov, Masallı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək konfrans iştirakçılarını salamlamış və bildirmişdirlər ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törədilmiş terror aktı Xocalı soyqırımından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən yeni bir dəhşətli faciədir.

Xocalı soyqırımını törədən cinayətkarlar cəzasız qaldıqları üçün bu gün də qanlı terror aktları törədilir.ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir. Azərbaycan gəncliyi bununla bağlı hərbi cinayətlər törətmiş erməni xuntasının və onun havadarlarının beynəlxalq hərbi tribunala çıxarılmasını tələb edir.

Tədbirin keçirilməsində əsas məqsəd ötən ilin oktyabr ayında Gəncə şəhərində baş verən terror hadisələrini ictimaiyyətin diqqətinə çatdırmaq, həlak olanların əziz xatirəsini yad etməkdən ibarətdir.

Keçidlər