Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Öz Biznesini qur ” mövzusunda təlim-seminar

21 oktyabr 2021 | 16:00

Masallıda “Öz Biznesini qur ” mövzusunda təlim-seminar keçirilib

21 oktyabr 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin , Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə (COVİD-19) Pandemiyasını nəzərə alaraq , “Gənclər evi” sosial xidmət müəssisəsində gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması məqsədi ilə “Öz Biznesini qur ” mövzusunda təlim-seminar keçirilib

Əvvəlcə tədbirdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək tədbirin əsas məqsədi gənclər arasında biznes ideyalarının formalşdırılması istiqamətində işlərin görülməsi, gənclərin məşğulluq imkanlarının genişləndirliməsi, həmçinin gənclərimizin bu sahəyə olan marağının artırılması və maarifləndirilməsi olduğunu diqqətə çatdırdı.

Tədbirdə Beynəlxalq dərəcəli biznes Təlimçi Rafət Şirəliyev tərəfindən Biznesin qurulması mövzusunda gənclərin bilk və bacarıqlarının təkminləşdirilməsi üzrə təlimlər keçirildi, gəncləri maraqlandıran müxtəlif istiqamətli suallar cavablandırıldı

Sonda gənclərin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Keçidlər