Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLI ŞƏHƏRİ ABADLAŞIR

21 oktyabr 2021 | 16:00

Son illər ərzində Masallı şəhərində tikinti-quruculuq işləri sürətlə davam edir. Hazırda şəhər ərazisində görülən işlər böyük tikinti meydançasını xatırladır. Hər tərəfdə iş gedir.
Masallı şəhərinin mərkəzi küçələrindən biri olan şəhid Fuad Novruzov küçəsində hasarlar rənglənmiş, piyada səkiləri yenilənmiş, müasir işıqlandırılma sistemləri quraşdırılmışdır. Əlbəttə, görülən işlər ürək açır, göz oxşayır, insanı sevindirir. Ürəyində bu gözəlliyi yaradanlara sağ ol deyirsən.
Hazırda küçədə son tamamlama gedir.
Masallının bu günü gözəldir, sabahı bundan da gözəl olacaqdır…

Keçidlər