Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər Yolu” mövzusunda inşa yazı müsabiqəsi

22 oktyabr 2021 | 16:00

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər Yolu” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd 44 Günlük Vətən müharibəsində əldə olunan Zəfərin şagirdlərdə yaratdığı təəssüratı bölüşmək, onlarda vətənpərvərlik hissinin formalaşmasına nail olmaqdır.

İnşa-yazılar münsiflər tərəfindən yoxlanılıb, nəticələr haqqında məlumat növbəti həftə ərzində elan olunacaq. Qaliblər sertifikatla təltif ediləcək.

Keçidlər