Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın Qəhrəmanları Milli iftixarımızdır” mövzusunda tədbir

23 oktyabr 2021 | 16:00

Oktyabrın 23-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər tariximiz” layihəsi çərçivəsində “Azərbaycanın Qəhrəmanları Milli iftixarımızdır” mövzusunda tədbir keçirilib. Karantin rejiminin tələblərinə riayət olunmaqla, Masallı rayon Bambaşı kənd C. Qasımov adına tam orta məktəbində keçirilən tədbirdə Mərkəzin əməkdaşları, Məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirə başlamazdan öncə ölkəmizin ərazi  bütövlüyü  uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Dilbər İbayeva Azərbaycan Xalqının şücaəti və igidliyi ilə adını ölkəmizin müstəqillik tarixinə Milli Qəhrəman kimi yazdıran Vətən oğulları ilə hər zaman fəxr etdiyini bildirib. D. İbayeva qeyd edib ki, dövlətimiz və xalqımız ana Vətənin azadlığı, müqəddəs torpağın şərəfi yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.

Daha sonra Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Masallı rayonunun Milli Qəhrəmanları-Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov, Səfa Axundov və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli haqqında məruzə edib.
G. Vəkilzadə gənc nəslin bu uca ada layiq olan hər bir Vətən övladını, onların keçdiyi böyük və şərəfli döyüş yollarını, göstərdikləri igidlikləri yaxından tanımalı və öyrənməli olduğununun vacibliyindən də bəhs edib. Hər bir xalqın və millətin güvənc yerinin onun ordusu və bu orduda şərəflə xidmət edən mərd oğullarının olduğunu qeyd edən G. Vəkilzadə Şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını bildirib.

Sonda Mərkəzin əməkdaşları Bambaşı kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən oğullarının xatirəsinə inşa edilən abidə kompleksi ziyarət ediblər.

Keçidlər