Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı gəncləri Vətən Müharibəsi veteranını ziyarət etdi

27 yanvar 2022 | 16:00

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi iştirakçısı, Vətən Müharibəsi veteranı Əliyev Əfqan Əbil oğlunu ziyarət etmişdir.
Ziyarət zamanı Veteran Əfqanın keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb.

Vətən Müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirib. ll Qarabağ Müharibəsi iştirakçısı, Veteran Əliyev Əfqan Əbil oğlu 8 mart 1995-ci ildə Masallı şəhərində anadan olmuşdur, Subaydır.

2013-cü ilin sentyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanmış. Həqiqi Hərbi Xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirmişdir. 2015-ci ilin aprel ayında ordu sıralarından tərxis olunub.
Qəhrəmanımız Füzuli, Xocavənd və Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.

Keçidlər