Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Çempionumuz” layihəsi

27 yanvar 2022 | 16:00

Masallıda “Çempionumuz” layihəsi çərçivəsində idmançılarla görüş keçirilmişdir

Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” adlı birgə sosial idman layihəsi çərçivəsində “Kinq boksiq” idman növü üzrə 3 qat Dünya Çempionu dəfələrlə Beynəlxalq turnirlərin və Azərbaycan birinciliyinin iştrakçısı və qalibi Rəşidli Rəşid Rəssam oğlu ilə məktəblilərin görüş keçirilib.

Tədbirdən əvvə Ulu öndər Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkındakı şəhidlər abidə-kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Yanvarının 26-da, Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə məktəb müəllimləri və şagirdləri ilə yanaşı rayon gənclər və idman idarəsinin, Təhsil şöbəsinin əməkdaşları, qazilər və idmançılar iştirak ediblər.

Tədbir Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov ölkəmizdə cənab Prezidentimiz İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğısından geniş söz açaraq, “Çempionumuz” sosial idman layihəsi haqqında məktəblilərə geniş məlumat verərək, ölkəmizdə idmanının inkişafından bəhs etmişdir.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov çıxış edərək tədbir iştrakçılarını salamlayaraq ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışaraq idmançılarımıza gələcək yarışlarda uğurlar arzulamışlar.

Sonda İdmançılar məktəbliləri maraqlandıran sualları cavablandırıb, məktəbin şagirdləri ilə xatirə şəkilləri çəkilmişdir.

Keçidlər