Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa ili” ilə əlaqədar tədbir

28 yanvar 2022 | 16:00

Masallı Rayon Mərkəzi Kitabxanasında “Şuşa ili” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Şuşada anadan olmuş görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyatı tarixçiliyinin banisi Firidun bəy Köçərlinin həyat və yaradıcılığına həsr olunmuşdur.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, mərkəzi kitabxanının direktoru Əlhəddin Nəzərov tədbiri açaraq ədib haqqında iştirakçılara geniş məlumat vermişdir. Kitabxananın işçisi Aygül Mirzəzadə isə Firidun bəyin Qori Müəllimlər Seminarıyasında təhsil aldığı illərdə görkəmli inqilabçı Kipiani ilə dostluq və yaradıcılıq əlaqələrinin bəzi məqamlarından danışmışdır.

Keçidlər