Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda elektrik yarımstansiyasında yanğın baş verib

04 fevral 2016 | 16:00

03 fevral 2016-cı il tarixdə saat 16.30 radələrində rayonun Tüklə kəndi ərazisindəki elektrik yarımstansiyasında yanğın qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən 3 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Lakin yanğın şiddətləndiyindən Lənkəran və Cəlilabad rayonlarından müvafiq olaraq daha 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğını lokallaşdırmaq mümkün olub.
Yarımstansiyadakı transformator yararsız vəziyyətə düşdüyündən Lənkəran və Masallı rayonlarının ümumilikdə 20-yə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda qəza briqadaları elektrik enerjisinin nəqli istiqamətində müvafiq tədbirlər görürlər.
Faktla bağlı araşdırma aparılır.

Keçidlər