Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Şəhidi Nurlan Əsgərov dəfn edildi

05 aprel 2016 | 16:00

Şəhidin cənazəsi 05 aprel 2016-cı il tarixdə anadan olduğu Masallı rayonu Kalinovka kəndinə gətirilmişdir.
Şəhid Əsgərov Nurlan Bayram oğlu 03 dekabr 1995-ci ildə Masallı rayonu Kalinovka kəndində anadan olmuş, 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. N. Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirmişdir. 04 aprel 2016-cı il tarixdə cəbhənin təmas xəttində gedən gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına Şəhid olmuşdur.
Dəfn mərasimində Masallı rayon İcra hakimiyyətinin kollektivi, hüquq mühafizə orqanları rəhbərləri, rayonun ziyalıları, ağsaqqalları şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri və minlərlə rayon sakini iştirak etmişdir. N. Əsgərovun cənazəsi axşam saatlarında, böyüyüb boya-başa çatdığı Masallı rayonu Kalinovka kəndindəki yaşadığı evə gətirilmiş, Şəhidlə son vida mərasimi keçirilmiş və Şəhidin nəşi Kalinovka kənd qəbiristanlığında dəfn edilmişdir.
N. Əsgərov dəfn olunarkən Silahlı Qüvvələrin əsgərləri havaya yaylım atəşi açmışlar.
Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim edilib.
Allah rəhmət etsin!

Keçidlər