Şriftin ölçüsü :

Saytın rəngi :

DSMF-nin 8 rayon şöbəsinin əməkdaşları üçün seminar

16 sentyabr 2017 | 16:00

16 sentyabr 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiya qanunvericiliyindəki son dəyişikliklərlə əlaqədar Masallı rayonunda seminar-müşavirə keçirib.

Tədbirdə fondun Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Biləsuvar, Neftçala və Cəbrayıl  rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak edib.

Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanından irəli gələn vəzifələr qeyd olunub. Tədbir zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanunu, habelə bu Qanunun tətbiqi ilə bağlı Fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarının  konkret fəaliyyət istiqamətləri barədə təqdimat və slaydlar vasitəsilə izahatlar verilib.

Tədbirdə cari ilin 1 iyul tarixədək təyin olunmuş əmək pensiyalarının məbləğinin şərti çevrilməsinin və qeyd olunan vaxtadək istifadə edilməmiş pensiya kapitalının yenidən hesablanmasının aparılması, pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydası, pensiya öhdəliklərinin strukturu, yeni maliyyələşmə mexanizmi, pensiya kapitalının formalaşması barədə məlumat verilib. Həmçinin pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, yaşa və əlilliyə görə pensiya hüququnun yaranması, yaşa görə pensiya məbləğinin hesablanması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydaları və s. diqqətə çatdırılıb.
Seminar-müşavirə sualların cavablandırılması və müzakirə şəraitində davam edib.

Keçidlər