|
Azərbaycanın səfalı və füsunkar güşələrindən olan Masallı çox qədim tarixə malikdir.Aparılan arxeoloji, elmi tədqiqatlar və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Axtarış
İnteraktiv sorğu
Saytımızın yeni dizaynını bəyənirsinizmi?
|
Masallıda Əmək yarmarkası
Palitra. Dünən Masallı şəhər 3 saylı orta məktəbdə “Əmək yarmarkası” təşkil olunub. Bu barədə qəzetimizə rayon İcra Hakimiyyətindən məlumat verilib. Yarmarkada 314 nəfər iştirak edib.
Masallı Rayon Məşğulluq Mərkəzinin direktoru Yusif Məmmədov tədbiri açaraq bu barədə ətraflı məlumat verib. Əmək yarmarkasına 18 müəssisədən 177 boş iş yeri çıxarılıb. Yarmarkaya çıxarılan Mərkəzi xəstəxanadan – 84, Gigiyena və Epidemologiya Mərkəzindən – 14, Təhsil Şöbəsindən – 23, Masallı MİS-dən – 5, Masallı Meloservis idarəsindən – 2, “Fəxrəddin-K” MMC-dən – 15, “Viləş” K/T müəssisəsindən – 2, “Adil-Mübariz” TOM-dan – 3, “Naxış” firmasından – 1,“AQAS” MMC-dən – 1, “Masal-46” MMC-dən – 4, Masallı Dezinfeksiya Stansiyasından – 3, “Nur-M” MMC-dən – 3, Masallı Dövlət Sığorta İdarəsindən 5, MKTİB-dən – 3, Mədəniyyət və Turizm Şöbəsindən – 3, Maye Qaz Doldurma Stansiyasından – 2, “Şəlalə” firmasından 4 boş yerlərinin 142-si dövlət, 35-i özəl sektordan olub. Orta aylıq əmək haqqı 85-250 manat təşkil edib. Əmək yarmarkasının işində Masallı Rayon İcra Hakimiyyəti Başçısının İctimai Təşkilatlar və Siyasi Partiyalarla İş şöbəsinin müdiri Seyfəddin Əliyev və ƏƏSM Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Rəşad Əsgərli iştirak ediblər. Gün ərzində 30-dan çox işaxtarana təyinat verilib.
“PALİTRA” İLKİN |
İcra Hakimiyyəti
|










