Azərbaycanın səfalı və füsunkar güşələrindən olan Masallı çox qədim tarixə malikdir.Aparılan arxeoloji, elmi tədqiqatlar və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar.

 Ətraflı   

      Axtarış
İnteraktiv sorğu
Saytımızın yeni dizaynını bəyənirsinizmi?
Bəli
Xeyir
Daha yaxşı ola bilərdi


 

İri dövlət və şəxsi müəssisələr haqda məlumat

Rayonda 27 iri dövlət müəssisəsi, 62 şəxsi müəssisə olmaqla cəmi 89 ədəd iri müəssisə fəaliyyət göstərir. 
16 iri dövlət müəssisəsi rayonda təhsil, səhiyyə, mədəniyyət, poçt, rabitə, statistik informasiya, bank, enerji paylayıcı, Sosial fond və əhalinin sosial müdafiəsi, suvarma, Meliorasiya və meliorasiya təmir xidmətləri, yol tikinti və təmiri, meşələrin qorunması və ekoloji xidmət üzrə fəaliyyət göstərirlər.

Rayonda fəaliyyət göstərən şəxsi "EMVAVOOD" MMC, "Binə" şirkəti, "Bəylər" şirkəti, "Nəzir" K/M mebel istehsalı ilə məşğuldur.
"Fəxrəddin-K" MMC, "Masallı-Kərpic" MMC, "Kənan" K/M-si, "Qala-95" şirkəti kərpic istehsalı ilə məşğuldur.
"Aydın AEX" firması un istehsalı ilə, "Nur-M" MMC konserv məhsulları istehsalı, makaron, vermişel, biskvit və digər un məmulatları istehsalı ilə, "Raqif" yol şirkəti yol tikintisi və təmiri, "Masallı oteli", "Dəstəvənd", "Bona" şirkəti, "Türkan" MMC turizm xidməti ilə məşğuldurlar.
"Xan çinar" şirkəti, "Hacı Mazan" şirkəti, "Masallı" ticarət mərkəzi "Coşqun R" şirkəti, "Tapat", "XX-əsr" MMC-i əhaliyə ticarət xidməti göstərirlər.
"Turan" kəndli fermer təsərrüfatı kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur.
"Xıl" MMC heyvandarlıq məhsulları istehsalı ilə, "Volqa" şirkəti avtomobillərə texniki xidmət göstərir, "Hacı Məmmədxan" şirkəti ağac emalı xidmətini icra edir.


Yerləşdirilib: 05.07.2011 09:58 | Baxılıb: 214 | ]]> +   -   Çap]]>
* Adınız

* Mətn
 
© 2012 All right reserved www.masalli-ih.gov.az Powered by Danneo