Azərbaycanın səfalı və füsunkar güşələrindən olan Masallı çox qədim tarixə malikdir.Aparılan arxeoloji, elmi tədqiqatlar və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar.

 Ətraflı   

      Axtarış
İnteraktiv sorğu
Saytımızın yeni dizaynını bəyənirsinizmi?
Bəli
Xeyir
Daha yaxşı ola bilərdi


 

Masallı: Təhsildə uğurlar böyük olsa da, arxayınlıq yaranmamalıdır

Xalq qəzeti: 2010-2011-ci dərs ilinin yekunlarına və  yeni dərs ilində qarşıda duran vəzifələrə  həsr olunmuş konfransın  iştirakçıları  əvvəlcə Heydər  Əliyev parkına  gələrək ulu öndərin abidəsi önünə tər gül  dəstələri  qoydular.

 

Sonra yeni inşa olunmuş şəhər 4 saylı tam  orta məktəbin konfrans  zalında  keçirilən  tədbirdə rayon təhsil şöbəsinin müdiri Astan İbişovun geniş məruzəsi dinlənildi. Qeyd olundu ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində  ölkəmizin  sürətli iqtisadi inkişafının nəticəsi olaraq təhsil müəssisəslərinin maddi-textiki bazası  genişlənib, məktəblər müasir tədris avadanlığı  və informasiya –kommunikasiya texnologiyaları ilə  təmin edilib. Hazırda ümumi təhsilin məzmununun təfəkkür və düşüncə müstəvisində  qurulması, çevik təlim  texnologiyalarının tətbiqi kimi amillər Azərbaycan  təhsilinin  qabaqcıl  təhsil sistemlərinə  inteqrasiyasının bariz nümunəsidir.

Məruzəçi vurğuladı ki, milli təhsilimizin inkişafında Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın da  xidmətləri böyükdür. Fondun xətti ilə “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”  layihələri, digər  proqramlar  həyata  geçirilmişdir. İnkişaf meylləri özünü Masallı rayonunun təhsil sahəsində  də bariz göstərmişdir. Rayondakı 99 məktəbdə 29  min gaşird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 3075 nəfər müəllim məşğul olur. Eyni zamanda Masallıda 16 məktəbəqədər və 4 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir.

Masallıda təhsilə qayğı ilk növbədə  məktəb tikintisində  özünü göstərir. Son beş ildə  rayonda  24 yeni  məktəb  inşa  edilib, 5 təhsil ocağı  əsaslı təmir olunub. Yeni  dərs ili ərəfəsində Hüseynhacılı və Yolağac kəndlərində  məktəblərin tikintisi başa çatıb. Yaxın vaxtlarda daha bir neçə məktəbin tikintisi nəzərdə tutulub. Təbii fəlakətlər nəticəsində məktəblərə dəyən ziyanlar operativ şəkildə aradan qaldırılıb. Rayonun  məktəblərində şagirdlərə Heydər Əliyev irsinin dərindən öyrənilməsinə ciddi  önəm verilir. Böyüyən nəslin hərbi-vətənpərvərlik  tərbiyəsinin  güclədirilməsi,  narkomaniya və digər bu kimi  zərərli vərdişlərdən çəkindirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Buraxılış siniflərində bilik səviyyəsinin  yüksəldilməsi daim  diqqət mərkəzində saxlanılır. Tədris ili ərəfəsində vaxtaşırı sınaq yazı işləri, ayrı-ayrı fənlər üzrə test yoxlamaları, monitorinqlər keçirilir, nəticələr təhlil olunur və məktəb rəhbərlərinə, fənn müəllimlərinə əməli göstərişlər və tövsiyyələr verilir.

Müxtəlif bilik yarışları, fənn olimpiadaları  da təhsildə keyfiyyətin yüksəldilməsində əsas stimul sayılır. Təsadüfi deyilki, 2011-ci  qəbul imtahanlarının  nəticələri əvvəlki ildəkindən  yüksəkdir. Əgər 2010-cu ildə sənəd verən 701  məzundan  205-i tələbə adını qazanmışdısa 2011-ci ildə 690 nəfərdən 325-i ali məktəblərə qəbul edilib. İlkin  məlumata görə, 124 məzun da orta ixtisas məktəblərinə daxil olmuşlar. 600-dən yuxarı bal toplayanlar ötən il  8  nəfər  idisə, bu il 12 nəfərdir. 500-600 bal arası nəticə  göstərənlərin də sayında artım var.

Aprel ayında Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutu Masallı RTŞ ilə  birlikdə “müasir dövrdə  innovativ təhsil  ideyalarının  tətbiqi təcrübəsindən” mövzusunda zona elmi-praktik  konfransı keçiriblər. Müəllimlərin 18  nümunəvi açıq dərsində iştirak edən Təhsil naziri  Misir Mərdanov dərslərdən  razılığını  bildirib.

“Azərbaycan  Respublikasının  Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 17 may  2011-ci il tarixli  Qanun  və onun  tətbiqi  barədə   Prezidentin  müvafiq fərmanının  icrası ilə əlaqədar  bir sıra işlər  görülsə də, qarşıda ciddi  məsələlər durur.Buna görə də ardıcıl olaraq  təhsil işçiləri arasında maarifləndirmə  işi aparılır. Yaşı 65 və ondan  yuxarı  olan təhsil işçiləri əmək məzuniyyətindən  qayıtdıqdan  sonra onlarla bağlanmış əmək müqavilələri ləğv edilib. Hazırda tələbat  duyulan təhsil müəssisələrinin kadr təminatı ilə bağlı təkliflər hazırlanır.

Masallı rayon təhsil şöbəsinin Rusiyanın ölkəmizdəki səfirliyi ilə   qurduğu  işbirliyi səmərəli nəticələr verməkdədir. Şagirdlərdən  7 nəfəri rus  dili üzrə  müxtəlif  nominasiyalarda fənn olimpiadalarının qalibi olub, 2 şagird isə qonşu  ölkənin  ali məktəblərinə göndərilib.

Biliklərə əsaslanan iqtisaiyyatın geniş  təşəkkül  tapdığı hazırki  şəraitdə  informasiya və kommunikasiya  texnologiyalarının  inkişafı ölkənin  intellektual potensialının vacib göstəricilərindəndir.İKT-nın  təhsildə tətbiqi  xüsusilə  mühüm vəzifədir. Bu vacib məsələyə  son illərdə  daha ciddi yanaşılır, laqeyidlik  hallarına son qoyulub.Əksər məktəblərdə  müasir texnologiyalar lazımi texniki qaydada  quraşdırılıb.Təhasil şöbəsi və bir sıra məktəblər birbaşa internetxəttinə qoşulub.Yeni texnologiyaların bilavasitə dərslərin  gedişində istifadəsi diqqət mərkəzindədir.

Astan İbişov məlumat verdi ki, “Həyati  bacarıqlara əsaslanan təhsil” kursunda 2010-cu  ilin oktyabrında 60  müəllim  iştirak edib, “Öyrədənləri öyrənən” kursuna isə  30 müəllim cəlb olunub.2008-2009-cu tədris ilindən yeni kurikulumun  tətbiqinə  baxlanıb. Hər il birinci siniflərdə dərs deyəcək müəllimlər kurslara cəlb olunur və onlara  sertifikatlar verilir.Artıq 2011-2012-ci tədris ilində birinci sinifəqəbul olunacaq şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq müəllimlərin  sertifikatlaşdırılması başa çatıb.

Hesabat dövründə  Masallı məktəblərində istedadlı  şagirdlərlə  işin təşkilinə diqqət artırılıb. RTŞ metodkabinetinin rəhbərliyi ilə “Olimpiada mərkəzi” fəaliyyətini davam etdirib, rayonun istedadlı gaşirdələri həmin  mərkəzə cəlb olunub.Mərkəzdə məşğələləri bu sahədə  yüksək  qabiliyyətli olan müəllimlər aparılır.

Məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsi vacib sahədir. Masallı məktəblərində bu dərslər hərbi otaqlarda və idman meydançalarında keçirilir. Dərslik və əyani vəsaitlə  təchizat yaxşıdır. Hərbi hazırlıq üzrə müəllimlər üçün  tədris-metodiki toplanış və seminarlar  təşkil olunub.Ənənəvi “Şahin”hərbi-idman oyunu ilə  bərabər “Atıcılıq” üzrə yarışlar da keçirilir.

“Azərbaycan  Respublikasında  məktəbəqədər təhsilin  yeniləşməsi  Proqramı”nın icrası ilə bağlı  uşaq  bağçalarına diqqət daha da artırılıb.Müxtəlif metodik kitablar,əyani vasitələr, oyuncaqlar gətirilərək bağçalara verilib.16 uşaq bağçasında 930 uşağın təlim-tərbiyəsi ilə 110  pedoqoji işçi məşğul olur.Bağçaların fəaliyyət planlarına uyğun olaraq  rayon  tədbirlərində fəal iştirak edirlər.

Masallı UGİM-də 4 bölmədə 85 qrup fəaliyyət göstərir.Bölmələrdə  35 əsas, 16 ikinci iş yeri kimi ali və orta ixtisas təhsilli məşqçi-müəllimlər 1010 şagird  idmançının  fiziki tərbiyəsi ilə məşğul olurlar.UGİM-nin yetirmələri Cavad Şirinov,Ağalı Ağayev, Murad Ağayev və Tifiq İbayevlə “Xəzər-Lənkəran” futbol  klubu arasında 3 illik müqavilə  bağlanmışdır. Artıq Masallıda da futbolun  inkişafı sürətlənəcək.2010-cu ildə Gənclər və İdman Nazirliyi tərəfindən 2 məşqçi-müəllim təltif olunub. Masallı UGİM-nin direktoru Şirziyad Mehdiyev “Fəxri bədən tərbiyəsi və idman  işçisi”, məktəbin müəllimi Sufəddin Məmmədov isə “Əməkdar məşqçi”fəxri adlarına layiq görülüblər.Şahmatçı idmançıların da uğurları sevindiricidir: şahmat məktəbinin şagirdi Sücaət Orucov Azərbaycan  binirciliyinin qızıl  medalına layiq görülüb, Gülçin  Heydərova 8 yaşlılar arasında  bürünc medala sahib çıxıb.

Məruzəçi onu da dedi ki, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təşəbbüsü ilə şahmat  məktəbi əsaslı təmir olunub.Bütün məktəblər  dərsliklərlə tam təmin edilib.Dərsliklərin  saxlanması,  ümumən  məktəb  təsərrüfatının, inventar avadanlığın qorunması üçün lazımi  tədbirlər görülür. Məktəblərin tərtibatı da vacib məsələlərdən  sayılır.Bu işlərin davam etdirilməsi tələb olunur.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətri Başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Nəsir Muxtarlı,Təhsil Nazirliyinin nümayəndəsi  Əhliyət  Adıgözəlov,Musaküçə kənd tam orta məktəbinin  məzunu, yüksək balla ali məktəbə qəbul olunmuş Tehran Alışov, QMİ-nin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov “İlin ən yaxşı məktəbi” adını almış 1 saylı tam orta məktəbin direktoru “Tərəqqi” medallı  Mirqabil  Hüseynov, “İlin ən yaxşı müəllimi”adını qazanmış Şərəfə kənd tam orta məktəbinin  fransız dili müəllimi  Naidə  Məmmədova çıxış etdilər.Natiqlər bildirdilər ki, Prezident  İlham Əliyevin həyata keçirdiyi  uğurlu islahatlar  təhsil sahəsində  də mühüm  nailiyyətlərin  qazanılmasını  təmin edir.Bu gün gənclərin  dərin  biliklərə yiyələnməsi, onların  nüfuzlu ali təhsil ocaqlarında oxuması, bütün sahələrdə  ixtisaslı kadrların  hazırlanması, eləcə də paytaxtla yanaşı  regionlarda da məktəblərin  müasir standartlar səviyyəsində yenidən qurulması,tədrisin  keyfiyyətinin artırılması üçün  maddi-texniki bazanın gücləndirilməsi və kadr çatışmazlığı probleminin aradan qaldırılması məsələləri dövlətin daim diqqət mərkəzindədir.Heydər Əliyev  Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı  səfiri, Milli Məclisin  deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafı sahəsində  xidmətlərindən  bəhs edən  natiqlər  bu diqqət və qayğının  Masallı məktəblərində də  daim  hiss olunduğunu bir daha xatırlatdılar.Rayon təhsilinin inkişafı naminə  görülmüş işlər, əldə olunan  nəticələr pedaqoji işçilərin iştirakı ilə geniş təhlil edildi, qarşıda  duran vəzifələr müəyyənləşdirildi.Konfransda 2010-2011-ci tədris ilində fərqlənən  müəllimlərə, ali təhsil müəssisəslərinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə rayon icra hakimiyyətinin  və təhsil  şöbəsinin  fəxri  fərmanları, eləcədə  qiymətli hədiyyələr  təqdim olundu.

Sonda Azərbaycan  Respublikasının Prezldenti  İlham Əliyevə  Masallı rayonunun  təhsil  işçiləri adından müraciət qəbul edildi.

 

Əli Nəcəfxanlı

“Xalq qəzeti”


 


Yerləşdirilib: 13.09.2011 16:50 | Baxılıb: 159 | ]]> +   -   Çap]]>
* Adınız

* Mətn
 
© 2012 All right reserved www.masalli-ih.gov.az Powered by Danneo