Azərbaycanın səfalı və füsunkar güşələrindən olan Masallı çox qədim tarixə malikdir.Aparılan arxeoloji, elmi tədqiqatlar və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar.

 Ətraflı   

      Axtarış
İnteraktiv sorğu
Saytımızın yeni dizaynını bəyənirsinizmi?
Bəli
Xeyir
Daha yaxşı ola bilərdi


 

MASALLIDA YUBİLEY TƏDBİRLƏRİ KEÇİRİLMİŞDİR

Respublika qəzeti:Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə Masallı şəhərində ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin adını daşıyan xatirə parkına gəlmiş, burada ulu öndərin abidəsini ziyarət etmişlər.

Sonra Masallı Rayon Olimpiya İdman Kompleksində konsert proqramı təşkil olunmuşdur. Tədbiri giriş sözüylə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev açmışdır. Bildirmişdir ki, 1991-ci il oktyabr ayının 18-də Azərbaycan parlamenti Konstitusiya Aktını qəbul edərək Azərbaycan Respublikasının suveren və müstəqil dövlət olduğunu bütün dünyaya bəyan etmişdir. Dövlət müstəqilliyimizin yenidən bərpası ilə hər birimiz böyük sevinc və qürur hissi keçiririk. Bu münasibətlə rayon sakinlərini təbrik edən icra başçısı müstəqil Azərbaycanın tərəqqisi və daha da çiçəklənməsi naminə onlara uğurlar arzulamışdır. O, son 20 ildə müstəqil dövlətimizin keçdiyi şanlı yoldan söhbət açaraq 1990-cı illərin əvvəllərində hakimiyyətdə olan naşı, səriştəsiz rəhbərlərin yeritdiyi yarıtmaz siyasət nəticəsində ölkəmizin parçalanma, yenicə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsilə üzləşdiyini qeyd etmişdir. Belə ağır vəziyyətdə, ölkənin, millətin taleyi üçün həlledici məqamda xalq öz böyük oğluna-dünya siyasətində dəsti-xətti ilə seçilən, dərin zəkaya, zəngin təcrübəyə malik, görkəmli dövlət xadimi Heydər Əliyevə üz tutdu. Müdrik rəhbər xalqın səsinə səs verərək siyasi hakimiyyətə qayıtdı. Ölkəni, milləti düşdüyü bəlalardan, faciələrdən xilas etdi. İlk növbədə Azərbaycanı geosiyasi oyunlar məngənəsindən çıxarıb onun milli maraqlarını hər zaman qorumaq iqtidarında olan həqiqi, müstəqil dövlətə çevirdi.

1994-cü ilin sentyabrın 20-də ulu öndərin rəhbərliyi ilə Gülüstan sarayında “Əsrin müqaviləsi” imzalandı. Bu tarixi hadisə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirdi və ölkəmizin sürətli inkişafını təmin etdi. Azərbaycan eyni zamanda Avropa institutlarına inteqrasiya olundu. Ümummilli lider Heydər Əliyevin yorulmaz səyləri nəticəsində 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına üzv olması bu prosesi daha da sürətləndirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla, yüksək işgüzarlıqla davam etdirir. Möhtərəm Prezidentimizin rəhbərliyilə ölkəmiz dinamik inkişaf yolundadır. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi inkişaf tempinə görə dünya ölkələri arasında öncül yerdədir, cənubi Qafqazda isə lider dövlət kimi tanınır. Xalq öz Prezidentini sevir və ona inanır. Əmindir ki, ölkə başçısının yürütdüyü siyasət Azərbaycanı xoşbəxt sabaha, işıqlı gələcəyə doğru aparır. Tədbirdə Bakı şəhərindən gəlmiş incəsənət ustalarının iştirakı ilə konsert verilmişdir. Azərbaycan Respublikasının əməkdar artisti Cavanşir Məmmədov və Firuzə İbadova xalq və müasir estrada mahnılarını ifa etmişlər. Rayonun “Halay” folklor ansamblının biri-birindən gözəl və maraqlı çıxışları alqışlarla qarşılanmışdır. Bayram tədbiri Heydər Əliyev adına parkda boyük atəşfəşanlıqla yekunlaşmışdır.

 

* * * * * * Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar Masallı rayonunun ümumtəhsil məktəblərində “Biz doğma Azərbaycanı Heydər Əliyev kimi sevib qorumalıyıq” və “Müstəqilliyimiz-qürur mənbəyimizdir” mövzularında inşa yazı müsabiqəsinə yekun vurulmuşdur. Müsabiqənin yekun turunda 230 şagird iştirak etmişdir. Məktəblilər yazılarında müstəqil Azərbaycana, ümummilli lider Heydər Əliyevə sonsuz məhəbbətlərini, istək və arzularını səmimi şəkildə, bədii boyalarla ifadə etməyə çalışmışlar. Uğurlu yazıların müəllifləri müsabiqənin qalibi elan olunmuşdur. Masallı şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Aygün Vəlişova birinci yerə, şəhər 4 saylı tam orta məktəbin X sinif şagirdi Qızqayıt Mehdiyeva ikinci yerə, Həsənli kənd tam orta məktəbin X sinif şagirdi Sara İsrafilova üçüncü yerə layiq görülmüşdür.

 

* * * * * * Masallı şəhər 3 saylı tam orta məktəbin idman zalında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş taekvando üzrə yeniyetmələr və gənclər arasında yarışlar keçirilmişdir. Yarışlarda Gəncə şəhər, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Ağcabədi və Bakı şəhərinin Qaradağ rayonundan 200-ə yaxın idmançı iştirak etmişdir. Müxtəlif çəki dərəcələri üzrə I, II və III yerləri tutmuş idmançılar Masallı rayon icra hakimiyyətinin qiymətli hədiyyələri, rayon gənclər və idman idarəsinin diplom və medalları ilə təltif olunmuşlar. Əlisəfa Həsənov, “Respublika”


Yerləşdirilib: 03.10.2011 14:50 | Baxılıb: 150 | ]]> +   -   Çap]]>
* Adınız

* Mətn
 
© 2012 All right reserved www.masalli-ih.gov.az Powered by Danneo