|
Azərbaycanın səfalı və füsunkar güşələrindən olan Masallı çox qədim tarixə malikdir.Aparılan arxeoloji, elmi tədqiqatlar və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Axtarış
İnteraktiv sorğu
Saytımızın yeni dizaynını bəyənirsinizmi?
|
Uşaqlar bizim gələcəyimizdir
24 noyabr 2011-ci il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbdə “Uşaqlar bizim gələcəyimizdir”mövzusunda elmi-praktik konfrans keçirilmişdir.Konfransı giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini Nəsir Muxtarlı açaraq tədbir iştirakçılarını salamlamış, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətdə insan və vətəndaş hüquqlarının bərpa olunması, xüsusən uşaqların həyatının daha da yaxşılaşdırılması, onların daha sağlam böyümələri, yüksək səviyyəli təhsil almaları sahəsində çox böyük işlər görüldüyünü bildirmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Rayon İcra Hakimiyyətində əlaqələndiricisi Naibə Aslanova “Uşaqlar bizim gələcəyimizdir”, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov “Uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” geniş məruzə etmişlər. Məruzələrdə uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti, uşaqların təhsil hüquqlarının təmin olunması, uşaqların və gənclərin sosial müdafiəsi və mövcud çətinliklər, uşaqların hüquqlarının təmin olunmasında dövlət qurumları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı və digər məsələlər öz əksini tapmışdır.
Konfransda Masallı Rayon İcra Hakimiyyəti Başçısı Yanında Yenkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hikmət Xəlilov, Rayon Təhsil şöbəsinin müdiri Astan İbişov, Türkoba kənd tam orta məktəbin Uşaq Birliyi təşkilatı rəhbəri Günay Mehrəliyeva, Rayon Mərkəzi Xəstəxanasının həkim narkoloqu Nazir Rufullayev çıxış edərək Uşaq birliyi təşkilatı rəhbərlərinin, Gənclər və İdman İdarəsinin bu sahədəki fəaliyyətlərindən,uşaqlara göstərilən tibbi xidmətdən komissiya üzvlərinin reydləri və gördükləri işlər barədə ətraflı məlumat vermişlər.
|
İcra Hakimiyyəti
|










