Azərbaycanın səfalı və füsunkar güşələrindən olan Masallı çox qədim tarixə malikdir.Aparılan arxeoloji, elmi tədqiqatlar və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar.

 Ətraflı   

      Axtarış
İnteraktiv sorğu
Saytımızın yeni dizaynını bəyənirsinizmi?
Bəli
Xeyir
Daha yaxşı ola bilərdi


 

Masallı rayonunda turizm

Masallı inzibati rayonu Azərbaycan Respublikasının cənubunda yerləşir, sahəsi 721 km2-dir. İnzibati rayon kimi 1930-cu ildən mövcuddur.Masallı rayonu şərqdə Xəzər dənizinin kiçik Qızılağac körfəzindən, qərbdə Talış dağları silsiləsinin orta dağ qurşağına qədər, şimalda Cəlilabad rayon sərhəddindən cənubda Lənkəran rayonu sərhəddinə kimi uzanır.

Azərbaycanın cənub bölgəsinə aid edilən Masallı Cəlilabad, Lənkəran, Lerik və Yardımlı ilə, o cümlədən Aran iqtisadi rayonuna aid Neftçala inzibati rayonu ilə həmsərhəddir. 
Rayonun qərb dağlıq hissəsi Burovar silsiləsinin alçaq dağ qurşağını əhatə edir. Burada rayonun ən hündür Dəmbəlov zirvəsi (827 m) yerləşir.
Rayonun Xəzər sahili coğrafi və mürəkkəb relyef quruluşu müxtəlif iqlim tiplərinin yaranmasına səbəb olmuşdur. Şimal-şərqdə qışı mülayim, yayı quraq keçən yarımsəhra və quru çöl, şərqdə yayı quraq keçən mülayim isti, qərb dağlıq hissədə isə yarımrütubətli subtropik iqlim hakimdir.
Rayonun ərazisindən Viləşçay, Qodmançay, Göytəpəçay, Mətəlçay və s. çaylar axır.Viləşçayın maili düzənliyə çıxdığı çox mənzərəli yerdə sututumu 46 mln. m3 olan В«ViləşçayВ» su anbarı yaradılmışdır.
«Turizm haqqında» Azərbaycan Respublikasının Qanunu gözəl və füsunkar təbiətə malik, dağlarla əhatə olunan , nadir ağaclara malik yaşıl meşə örtüyü, saf suları ilə zəngin Masallıda turizmin inkişafına böyük təkan vermişdir. Rayonda 30-a yaxın turist obyekti qeydə alınaraq üç turist marşrutu üzrə fəaliyyət göstərirlər. 26 turist obyekti xüsusi razılıq (lisenziya) almışdır.
Həmin turizm və istirahət mərkəzlərində 1100-ə yaxın yer vardır. Bunlardan 70-i lüks, 660-ı 1-ci dərəcəli, 320-si turist dərəcəli nömrələrdir. Turistlərə 65 ölkə əhəmiyyətli, 49 yerli əhəmiyyətli tarix və mədəni abidələr, 3 park, Heydər Əliyev Mərkəzi və R.Tağıyev adına tarix-diyarşünaslıq muzeyi xidmət göstərir. «İsti-su» sanatoriyası və istirahət mərkəzi dəri və oynaq, qadın xəstəlikləri, böyrək yolları və s. xəstəliklərin müalicəsi üçün çox əhəmiyyətlidir. Hər il onlarla vətəndaş buraya putyovkalarla müalicəyə və istirahətə gəlir.
Dəştvənd, «İsti-su» , «Gülüstan», «Gölüstü», "Nil bağı", "Nağıl Dünyası" turist mərkəzlərində və ailə istirahət parkında turist və qonaqların mənalı istirahəti, müxtəlif idman növləri və əyləncəli proqramla məşğuliyyəti üçün hər cür şərait yaradılmışdır.
Turistlər hər cür şəraiti olan Masallı Olimpiya kompleksinin imkanlarından, ekoloji və ailə turizmi, çay çimərliyi, müalicə vannaları formalarından da istifadə edə bilərlər. Müasir tipli mehmanxana və kotteclər

Talış meşələrinin və yaşıllıqların içərisində, Viləş çayının sularına yaxın sahələrdə yerləşmişdir.
Milli kulinariyanın ən çox tanınmış çeşidləri ilə gələn qonaqlara yüksək iaşə servis xidməti göstərilir.
Milli - mənəvi dəyərlərimizin daşıyıcıları olan el sənəti nümunələrindən ibarət satış yarmarkaları, müxtəlif bədii-əyləncəli proqramlar onların xidmətindədir.


Yerləşdirilib: 06.07.2011 10:50 | Baxılıb: 463 | ]]> +   -   Çap]]>
sabir 28.10.2011 14:26


masalli cox gozel rayonlardan biridi opurem masallini
]]>]]>
* Adınız

* Mətn
 
© 2012 All right reserved www.masalli-ih.gov.az Powered by Danneo