03.09.2011 | 02 sentyabr 2011-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında “Masallı rayon ümumtəhsil müəssisələrində 2010-2011-ci tədris ilinin yekunu və 2011-2012-ci tədris ilinə hazırlığın vəziyyəti” barədə Şura iclası keçirilmişdir.
|
28.08.2011 | Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibətilə Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, qaçqın və məcburi köçkün, o cümlədən digər aztəminatlı ailələrə bayram sovqatı göndərilmiş və Rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayevin təbrikləri çatdırılmışdır.
|
27.08.2011 | 27 avqust 2011-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətində din xadimləri,ağsaqqallar və ziyalılarla görüş keçirilib. Görüşü giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayev tədbir iştirakçılarını Ramazan bayramı ilə əlaqədar təbrik edib və son illər möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda eləcə də rayonumuzda görülən işlərdən danışıb.
|
25.08.2011 | 25 avqust 2011-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətində ali məktəblərə yeni qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.
|
24.08.2011 | Masallı Rayon İcra Hakimiyyəti Başçısının səyyari qəbulu təsdiq olunmuş qrafikə uyğun olaraq 24 avqust 2011-ci il tarixdə Kalinovka kəndində keçirilmişdir.
|
23.08.2011 | 22-23 avqust 2011-ci il tarixlərdə Masallı rayonunun Boradigah qəsəbəsində yenicə istifadəyə verilmiş idman zalında Sərbəst Güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında 6 rayon komandalarının iştirakı ilə yarış keçirilmişdir.
|
23.08.2011 | 23 avqust 2011-ci il tarixdə Masallı şəhər 3 saylı orta məktəbdə
“Əmək yarmarkası” təşkil olunmuşdur.
Yarmarkada 314 nəfər iştirak etmişdir. Masallı Rayon Məşğulluq Mərkəzinin direktoru Yusif Məmmədov tədbiri açaraq bu barədə ətraflı məlumat vermişdir.
|
11.08.2011 | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2011-ci il tarixli 1552 nömrəli sərəncamı ilə Masallı rayon Qızılağac kəndində anadan olmuş şəhid Kərimov Zülfü Habil oğlu ölmündən sonra “ Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
|
05.08.2011 | 5 avqust 2011-ci il tarixdə ATƏT-in Bakı Ofisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Masallı rayon “ Olimp” istirahət mərkəzində “ Məişət zorakılığının qarşısının alınması və profilaktikasında icmaların rolu” mövzusunda yerli icmaların rolu haqqında dəyirmi masa keçirilmişdir.
|
01.08.2011 | 12-22 avqust 2011-ci il tarixdə Macarıstanın Szazhalombatta şəhərində Beynəlxalq Folklor Festival keçiriləcəkdir.
|
01.08.2011 | 01 avqust 2011-ci il tarixdə Masallı rayon Mərkəzi kitabxanasında 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “Dilimiz milli sərvətimizdir” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
|
28.07.2011 | {img1}Masallı rayonunda 01-27 iyul 2011-ci il tarixdə Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsinə həsr olunmuş gənclər arasında mini-futbol turniri keçirilmişdir.
|
22.07.2011 | 22 iyul 2011-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təsisçisi olduğu “Yeni həyat” qəzetinin redaksiyasında Milli mətbuat günü münasibətilə görüş keçirilmişdir.
|
21.07.2011 | 21 iyul 2011-ci il tarixdə Masallı rayon Şıxlar kəndində yeni tibb məntəqəsinin açılışı olmuşdur.
3500 nəfər əhaliyə xidmət edəcək tibb məntəqəsinin açılışında iştirak edən Masallı
Rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayev qırmızı lenti kəsdikdən sonra otaqlara baxış keçirilmişdir.
|
19.07.2011 | Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 12 iyul 2011-ci il tarixdə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrin Masallı rayonunda həyata keçirilməsi barədə ümumrayon müşavirəsi keçirilmişdir.
|
15.07.2011 | 14 iyul 2011-ci il tarixdə Heydər Əliyev Mərkəzində “1969-2003-cü illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
|
12.07.2011 | Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2011-ci ili “Turizm ili” elan etməsi ilə əlaqədar olaraq Masallı rayon Mədəniyyət və Turizm şöbəsi xüsusi tədbirlər planı təsdiq etmişdir.
|
11.07.2011 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Masallı şəhərində zona müşavirəsi keçirmişdir.
|
07.07.2011 | Masallı Rayon İcra Hakimiyyəti Başçısının səyyari qəbulu təsdiq olunmuş qrafikə uyğun olaraq 07 iyul 2011-ci il tarixdə Kolatan kəndində keçirilmişdir.
|
02.07.2011 | 2 iyul 2011-ci il tarixdə Masallı rayonunda polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Polis şöbəsində təşkil olunmuş tədbirdə dövlət himni səsləndirilmişdir. Sonra tədbiri giriş sözü ilə Masallı RPŞ-nin rəisi, polkovnik Əkbər Yusifov açaraq şəxsi heyəti və qonaqları salamlamış, Azərbaycan Polisinin Peşə Bayramı münasibətilə təbriklərini çatdırmışdır.
|
|
|