Şriftin ölçüsü :

Saytın rəngi :

Masim Hafiz oğlu Qurbanov

7 yanvar 2001-ci ildə Masallı rayonu Ərəb kəndində anadan olub.

2008-2017-ci illərdə Ərəb kənd ümumi orta məktəbində təhsil alıb. 2019-cu ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsinə yollanıb.

Azərbaycan Ordusunun əsgəri Masim Hafiz oğlu Qurbanov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü Qubadlı istiqamətində gedən döyüşlərdə 30 oktyabr tarixində düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb.

Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə doğulduğu Masallı rayonunun Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.

Şəhid Qurbanov Masim ölümündən sonra Preziden İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda","Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Şəhid Masimin atası Hafiz Qurbanov Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı olmuş, II qrup Qarabağ müharibəsi əlilidir.

Keçidlər