Şriftin ölçüsü :

Saytın rəngi :

Məktublar

Salam, çox hörmətli Rafil müəllim!

Sizin 23.10.2019-cu il Əhmədli kənd sakinləri ilə səyyar görüşünüz uşaqdan-böyüyə bütün əhalinin sevincinə səbəb olmuşdur. Son illər Əhmədli kəndində, eləcə də rayonun digər kəndlərində Müstəqil Dövlətimiz sayəsində Sovet Hakimiyyətin 70 ildə edə bilmədiyi böyük infrastruktur yenilənməsi olmuşdur. Kəndimizdə elektrik sisteminin yenilənməsi, kənd daxili yolların təmir olunması, su kanallarının təmizlənməsi və s. kimi işlər Masallı rayonuna məhz sizin başçılıq etdiyiniz dövrdən görülməyə başlamışdır. Kənd yolunun asfalt örtüklə üzlənməsi üçün plana salınması ilə bağlı verdiyiniz şad xəbər isə sakinlərimizin qüdrətli dövlətimiz, dövlətçiliyimiz və prezidentimiz cənab İlham Əliyevə olan inam hissini daha da artırmışdır.  Biz kənd sakinləri olaraq sizi həmişə əməyə və insanlara yüksək dəyər verən dövlət xadimi kimi tanıyırıq. Siz, sakinlərin müraciətləri ilə dərhal maraqlanır və həlli üçün qətiyyətli addımlar atırsınız. Belə ki, mənim də qaz sızması ilə bağlı etdiyim müraciət elə həmin gün sizin sayənizdə öz həllini tapdı.
Bütün bunlara görə sizə kəndimizin bütün gəncləri və eləcədə sakinləri adından təşəkkür edir, işlərinizdə uğurlar diləyirik.

Əhmədli kənd sakini:                         Cavad Cəfərov

___________________________________________________________________

Masallı rtayon
İcra Hakimiyyətinin başçısı
cənab Rafil Hüseynova



Hörmətli başçı!

70 illik yubileyimin keçirilməsi üçün köməyiniz, əməyimi qiymətləndirməyiniz qəlbimi dağa döndərdi, məni yeni yaradıcılıq uğurlarına səslədi. Məsəl var, deyərlər ki: ocağı piləyə-piləyə alovlandırmaq da  olar, söndürmək də!
Sizin rayon ziyalılarına münasibətiniz birinci mənada olub həmişə. Bunu Masallının çoxsaylı ziyalılarının bir üzvü kimi mən öz taleyimdə də dəfələrlə hiss etmişəm! Elə keçən ayın 24-də Qarabağ şəhidinə həsr etdiyim “Oğul arxalı Vətən” pyesimin tamaşasının keçirilməsi üçün rayon Mədəniyyət mərkəzinin geniş səhnəsinin verilməsi də Sizin Vətən torpağının bütövlüyü uğrunda vuruşanların valideynlərinə daimi diqqətinizin, yaradıcı insanlara münasibətinizin təsdiqidir.
Sizin ziyalılara diqqət və qayğınız  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyətimizə, mənəvidəyərlərimizə qayğısının rayon çərçivəsində davamı, təzahürüdür.
Biz Prezidentin mətbuat əsgərləriyik, onun ətrafında sıx birləşmişik. Masallının yeni həyatının, Sizin dəst-xəttinizlə yazılan uğurlu günlərinin jurnalistləriyik.
Kiçik qələmimə verilən böyük qiymətinizi çalışdığım “Yeni həyat” qəzetinin kollektivinin əməyinə verilən dəyər hesab edir, özüm, ailə üzvlərim, redaksiya kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm.


Hörmət və ehtiramla,

Rəsul RZAYEV,
“Yeni həyat” qəzetinin baş redaktor müavini

_______________________________________________________________________

Masallı rayon
İcra hakimiyyətinin başçısı
cənab Rafil Hüseynova

Hörmətli cənab başçı!

2016-cı ildə Çaxırlı kəndində yeni inkubator sexi istifadəyə verilmiş, ərazinin Bala Təklə kəndibinə yeni qaz xətti çəkilmiş, sayğaclar quraşdırılmış, yaxın vaxtda qaz verilməsi nəzərdə tutulmuşdur. AzKİL-in köməkliyi ilə kəndarası yollar qumlanmış və təmir olunmuşdur.

Cənab başçı!

Rayonumuzda və ərazimizdə aparılan abadlıq və quruculuq işlərinə görə Sizə kənd əhalisi adından dərin minnətdarlığımızı  bildiririk!

Hörmətlə,
Tofiq Qubadov, Masallı rayonu Çaxırlı kəndi.

__________________________________________________________________

Masallı rayon
İcra Hakimiyyətinin başçısı
cənab Rafil Hüseynova


Hörmətli başçı!

Dövlətimiz inkişaf edir və qüdrətlənir. İqtisadi və siyasi həyatımız yeniləşir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri tükənməzdir. Bütün bunların timsalında “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacam” kəlamı yuxarıda söylədiyimi təsdiqləyir və bunun şahidi oldum.
Övladım Yusif dünyaya göz açandan nə eşidə, nə də danışa bilmirdi. Müalicə üçün də imkanımız yox idi. Hər yerdən əlimizi üzmüşdüm. Bu məqam ölkə rəhbərinə və onun xanımına müraciət etdim və müsbət cavab aldım. Yusif Tibb Universitetinin Tədris-Cərrahiyə Klinikasında professor Asiman Balakişi oğlu Həsənov əməliyyat elədi və uğurlu nəticə alındı. Buna görə Azərbaycan Prezidenti və onun xanımına, Sizə, hörmətli başçı ailəmiz adından təşəkkür edirik.

Hörmətli başçı!
Sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizə bəxş etdiyinizə görə Sizə təşəkkür edirik.

Hörmətlə,
Məlikova Sevda Mirzəbəy qızı
Təzə Alvadı kəndi.

_____________________________________________________________________

Masallı rayon
İcra hakimiyyətinin başçısı
cənab Rafil Hüseynova


Hörmətli cənab başçı!

Bildiyiniz kimi kəndimizi ərazi mərkəzi ilə birləşdirən yol bərbad vəziyyətdə idi. Ərazinin mərkəzinə minik maşını ilə getmək mümkün deylidi. Yalnız yük maşınlarından istifadə edirdik. Sizin diqqətiniz və köməyinizlə Dünya Bankının vəsaiti hesabına AzKİL tərəfindən yolumuz təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. Bütün bunlara görə Sizə kənd camaatı adından dərin təşəkkürümüzü  və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Yolağac kənd sakinləri
T.Bəşirov,
E. Abasquliyev,
S.Bağırov.
M.Həbibov,
M.Şirəliyev adından

______________________________________________________________________

Masallı rayon
İcra hakimiyyətinin başçısı
cənab Rafil Hüseynova

Hörmətli Rafil müəllim,

I Beynəlxalq Dolma Festivalında Masallı rayonunun iştirakına görə Sizə bir daha səmimi minnətdarlığımızı bildiririk.
Sizin kollektivin yüksək iş qabiliyyəti festivalın yüksək ruh yüksəkliyi ilə keçməsində öz müsbət rolunu oynadı.
Sizinlə əməkdaşlıqdan məmnunluğumuzu ifadə edir, bir daha təşəkkürlərimizi qəbul etməyinizi rica edirik.


Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru
Tahir Amiraslanov

________________________________________________________________________

Masallı rayon
İcra hakimiyyətinin başçısı
cənab Rafil Hüseynova

Hörmətli Rafil müəllim,

Rəhbərlik etdiyiniz rayonun Mədəniyyət və turizm şöbəsinin Xalq Teatrının kollektivi 26 iyun Silahlı Qüvvələrin yaranması günü münasibəti ilə hərbi hissənin şəxsi heyyəti qarşısında geniş konsert proqramı ilə çıxış etmişdir. Hərbi hissənin kollektivi qarşısında çıxışlar əsgərlərdə hərbi vətənpərvərlik hissinin dahada yüksəlməsinə müsbət təsir göstərmişdir. Şəxsi heyyətə göstərilən xidmətlərə görə Sizə və kollektivinizə minnətdarlığımızı bildiririk.

N saylı hərbi hissə komandirinin
vəzifəsini müvəqqəti icra edən:    Vüqar Abdullayev

____________________________________________________________

Hörmətli Rafil müəllim

Masallı rayon Mədəniyyət və Turizm şöbəsinin özfəaliyyət kollektivi və rayon mədəniyyət mərkəzinin xalq teatrının üzvləri il ərzində bütün bayramlarda və tarixi əlaməttar günlərdə şəxsi heyət qarşısında müntəzəm olaraq çıxış etməklə onlarda hərbi vətənpərvərlik hissinin daha da yüksəldilməsinə müsbət təsir göstərmişdir. Şəxsi heyətə göstərilən xidmətlərə görə şəxsən sizə, hərbi hissənin rəhbərliyi adından öz minnətdarlığımızı bildirir və çox sağolun deyirik. Bütün bunları nəzərə alaraq rayon Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyinə həmçinin kollektivinə bizim təşəkkürümüzü bildirməyinizi xahiş edirik.

Hörmətlə,
N saylı hərbi hissənin komandiri, polkovnik:                            Mehman Yusifov

_____________________________________________________________

Masallı rayon, İH-nin başçısı

cənab Rafil Hüseynova

Ukrayna Respublikasının

Xerson Dövlət Universtetində təhsil alan

Masallı rayonundan olan tələbələr adından


Tebrik mektubu


Hormetli Cenab Basci!
Sizi qarşıdan gələn Novruz bayramı münasibəti ilə səmim qəlbdən tebrik edirik. Sizə uzun ömür , can salığı, ailə xoşbəxtçlilyi arzu edirik. Sizin doğma Masallımızın inkişafına verdiyiniz töhfə, apardığınız quruculuq abadlıq işləri bizi çox sevindirir. Apardığınız bu işlərdə sizlərə uğurılar arzulayırıq.  Bir daha Novruz Bayramınız mübarək olsun. 

Hörmətlə,
Ukraina Xerson Dövlət Universtetinin
Masallı rayonundan olan tələbələri
Məmmədov Ramil Şamil oğlu
Mehdiyev Baxruz
Be$irov Kamal adindan!

______________________________________________________________________________________________

Sandıklı Belediyye Başkanlığı

Sayın : Hüseynov Rafil

Masallı İcra Hakimiyyəti Başkanı

    Aziz kardeşim Hüseynov Rafil, kardeş iki şehir olarak aktif çalışmalarımızı görüşmək ve ortak çalışma proqramları hazırlamak amacıyla sizlere misafir olduk. Bizlere kardeş şehrimize göstermiş olduğunuz misafirperverlikten dolayı çok teşekkür ederim. İnşallah bizler de kardeş şehriniz Sandıklıda sizleri misafir etmekten büyük onur duyacağız.
   Masallılı kardeşlerimizle ve şahsınıza, şahsım ve Sandıklılı kardeşlerinizin sayqı və selamlarını sunuyorum.


     Mustafa Çöl

Masallı ile kardeş
Sandıklı Belediyye Başkanı

____________________________________________________________________________________________

Masallı rayonunun Xallıcallı kənd sakini  Nuriyev Füzuli Səlimxan oğlu Bu yaxınlarda qonşu Qədirli kəndində inzibati ərazi vahidliklərinin sakinləri ilə
Rayon rəhbərliyinin görüşü zamanı,Xallıcalı kənd sakinlərinin çay suyu və qaz çəkilişi ilə
bağlı müraciətlərinin öz operativ həllini tapmmasını, heç bir ay keçməmiş
kəndlərinə Viləş çayının suyundan gələn kanalların təmizlənərək suyun verilməsini qeyd etmişdir. F.Nuriyev, icra nümayəndəsi S.Zalıyev,su idarəsinin əməkdaşı S.Ağababayev və ekskovatorçu Q.Abdulqəniyevin xüsusi zəhmətlərini qeyd etmişdir
Artıq qaz çəkilişi də,yüksək sürətlə aparılır və əminik ki,yaxın vaxtlarda
kəndimizin əhalisi mavi yanacaqdan istifadə edə biləcəklər.

____________________________________________________________________________________________

Masallı rayon İcra hakimiyyətinin başçısı

cənab Rafil Hüseynova

 

Hörmətli Rafil müəllim,

Masallıya rəsmi səfərim zamanı qonaqpərvərliyinizdən dolayı Sizə dərin ehtiramımı və səmimi təşəkkürümü bildirmək istərdim.

Bizim üçün xüsusi proqram hazırlayaraq dəyərli məlumatlarla rayonun görməli yerlərini təqdim etdiyinizə görə Sizə və rəhbərlik etdiyiniz işçi heyətinə minnətdarlığımı bildirirəm. Sizinlə birlikdə Masallıda gözəl vaxt keçirə bildik. Həmçinin, açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasında sizin fəal iştirakınızı həqiqətən yüksək qiymətləndirirəm.

Yaponiyaya səfərinizlə bağlı təəssüratlarınızı bizimlə bölüşdüyünüzə görə və mənim ölkəm haqqında söylədiyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm.

Bu mənim Masallıya ikinci səfərim idi və nəinki şəhərin gözəlliyi, həmçinin Sizin rayonun inkişafı üçün gördüyünüz misilsiz işlər məndə xoş təəssüratlar yaratdı.

Ümid edirəm ki, Sizin İcra hakimiyyətinin başçısı kimi öncül təcrübəniz Masallı rayonunun gələcək inkişafına müsbət təsir göstərəcək.

Həmçinin, ümid edirəm ki, bizim iqtisadi əməkdaşlığımız Sizin davamlı dəstəyinizlə gələcəkdə də davam etdiriləcək.

Mən böyük məmnuniyyətlə yenidən Masallıya gəlmək istərdim. O cümlədən də, Siz Bakıya səfər edən zaman, xahiş edirəm ki, mənimlə əlaqə saxlamaqdan çəkinməyəsiniz.

Ən dərin hörmətlə,

Tsuquo Takahaşi
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfiri

_______________________________________________________________________________________________

Masallı rayon İcra hakimiyyətinin başçısı
cənab Rafil Hüseynova


Hörmətli Rafil müəllim,

Bildiyiniz kimi 2014-cü il 27 may tarixində “Buta” Sarayında “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik roman-təqdimatıma görə müstəqil Azərbaycanın tarixində ədəbiyyat sahəsində ilk dəfə olaraq mən birbaşa dövlət başçısı cənab İlham Əliyev tərəfindən Dövlət Mükafatı ilə təltif olundum. Yaradıcı şəxs üçün bundan böyük uğur, nailiyyət və xoşbəxtlik ola bilməz.

Mən bu uğurun kökündə Sizin kimi dəyərli dostlarımın, ziyalıların zəhmətini, dəstəyini görürəm. Qeyd etməliyəm ki, uğura gedən bu yol doğma yurdum Masallı rayonunda Sizin rəhbərliyinizlə təşkil olunan ilk ictimai müzakirədən, Ziyalılar və Ağsaqqallar Şuraları adından Dövlət Mükafatları üzrə Komissiyaya ünvanlanan səmimi dəstək məktublarından başladı.

Bu Sizlərin mənə və yaradıcılığıma olan böyük etimadın göstəricisidir. Öz növbəmdə mən də söz verirəm ki, bu etimadı doğrultmaq üçün bütün gücümü səfərbər edəcək, doğma yurdum Masallının daha da inkişafı, tərəqqisi və çiçəklənməsi aminə səylərimi artıracağam.

Dərin hörmətlə,

Milli Məclisin deputatı:    Elmira Axundova

______________________________________________________________________________________________

 

Главе исполнительной власти

Масаллинского района
Р. Гусейнову


Уважаемый господин Гусейнов !

Позвольте выразить Вам благодарность за внимание, которое Вы уделили мне во время нашей встречи 6 мая 2014 года.

Искренне признателен Вам за открытость и готовность оказать поддержку. Надеюсь, что благодаря нашим совместным усилиям азербайджано-украинские образовательные связи будут крепнуть и развиваться.

С надеждой на дальнейшее плодотворное сотрудничество !

 

С глубоким уважением,
ректор Полтавского университета
экономики и торговли     проф. А.А. Нестуля

____________________________________________________________________________________________

Hörmətli Rafil müəllim!

Bu gün Masallı rayonu Sizin rəhbərliyiniz altında bütün sahələrdə sürətlə inkişaf edir, nəticələr isə göz önündədir.Lakin bu nəticələri gözləri görmək istəməyən bir para adamlar peyda olublar və respublikanın müxtəlif instansiyalarına,mətbuat vasitələrinə yalan həqiqətə uymayan məlumatlar verirlər. Bu adamların başında duran M.Eynullayevi çox yaxşı tanıyıram 80-illərdə onunla tikinti sahəsində sonra isə Masallı RİH-də bir yerdə işləmişəm.Yaxşı yadımdadır M.Eynullayev Masallı RİH-nin başçısı T.Yəhyayevdən də bu kimi şikayətlər edirdi T.Yəhyayev ona vəzifə verəndən sonra o bir müddət sakitləşdi,sonra isə özünü RİH-nin başçısı kimi aparmağa, başçının ünvanına tənqdlər səsləndirməyə, bir sözlə nankorluq etməyə başladı. Bu adam vəzifəpərəst,özündən razı,yekəxana,nankor və sair mənfi keyfiyyətlərə malik adamdır. Onun dəstəciyində olanlar uzun illər rayonda qarşudurma yaratmaq, bulanıq suda balıq tutmaq istəyən muzdlu adamlardır.Bu adamlar haqqında da çox söz söyləmək olar,qalsın sonraya.
Rafil müəllim cənab Prezidentimiz kimi rayonumuza rəhbər göndəribsə,həmin rəhbər masallıların yanında olubsa, məndə həmişə həmin rəhbərin yanında olmuşam.Bu gün də mən, bələdiyyə üzvü kimi Sizin yanınızdayam, hər zaman rayonumuz haqqında yazılan böhtanlara cavab verməyə hazıram.

Hörmətlə:

Masallı şəhər bələdiyyəsinin üzvü:
Hüseynli Zöhrab Cəfərqulu oğlu

Keçidlər