Azərbaycanın səfalı və füsunkar güşələrindən olan Masallı çox qədim tarixə malikdir.Aparılan arxeoloji, elmi tədqiqatlar və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar.
ƏRAZİLƏRDƏ HESABAT YIĞINCAQLARI 12.01.2012 Masallı Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi qrafikə uyğun olaraq 10-26 yanvar 2012-ci il tarixdə Masallı rayon inzibati ərazi nümayəndəliklərinin illik hesabat yığıncaqları keçirilir.
MƏKTƏBLİLƏR ÜÇÜN YENİ İL ŞƏNLİYİ 03.01.2012 Masallı Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına müvafiq olaraq Masallı şəhərində, Boradigah qəsəbəsində və Şərəfə kəndində məktəblilər üçün yeni il şənlikləri keçirilmişdir.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram sovqatları paylanıldı 29.12.2011 Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə rayonda 2 mindən artıq Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkün, o cümlədən digər aztəminatlı ailələrə bayram sovqatı göndərilmiş və Rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayevin təbrikləri çatdırılmışdır.
Beynəlxalq boks turnirinə yekun vurulmuşdur 26.12.2011 Masallı Olimpiya Kompleksində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin yaranmasının 20 illiyinə həsr olunmuş böyüklər arasında boks idman növü üzrə beynəlxalq turnirə yekun vurulmuşdur.
Beynəlxalq turnir 23.12.2011 Masallı Olimpiya Kompleksində Dövlət Gömrük Komitəsinin 20 illiyinə həsr olunmuş Beynəlxalq Boks turnirinin açılışı olmuşdur.
Masallıda Boks üzrə Beynəlxalq turnir 22.12.2011 22-24 dekabr 2011-ci il tarixdə Dövlət Gömrük Komitəsinin yaranmasının 20 illiyi münasibətilə Masallı Olimpiya İdman Kompleksində Boks üzrə Beynəlxalq turnir keçiriləcəkdir.
ULU ÖNDƏR ANILDI 12.12.2011 Masallı rayonunda ümummilli lider Heydər Əliyev xatirə tədbirləri ilə anılıb. Bu gün səhər saatlarından başlayaraq minlərlə masallılı şəhərin mərkəzinə - H.Əliyevin adını daşıyan parka axışaraq ulu öndərin xatirəsəsinə ucaldılmış abidəni ziyarət edib,
YAP RAYON TƏŞKİLATININ VII KONFRANSI 10.12.2011 YAP Masallı rayon təşkilatı 8 min nəfərdən çox partiya üzvünü birləşdirir. Son illər rayon təşkilatında gənclərin qəbuluna diqqət artırılmış, ərazi ilk təşkilatlarının sayı 90-a çatdırılmışdır.
Boradigah sakinləri ilə görüş 08.12.2011 Masallı Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbulu təsdiq olunmuş qrafikə uyğun olaraq 7 dekabr 2011-ci il tarixdə Boradigah qəsəbəsində keçirilmişdir.
Masallıda Respublika Turniri keçirilir 02.12.2011 01-03 dekabr 2011-ci il tarixlərdə Masallı Olimpiya İdman Kompleksində Əməkdar məşqçi, idman ustası, Masallı Yunan-roma güləş məktəbinin yaradıcısı, tanınmış pəhlavan, Mərhum Ağayev Nadir Yaqub oğlunun xatirəsinə həsr olunmuş Yunan-roma güləşi üzrə Respublika turniri keçirilir.
Hişkədərə sakinləri ilə görüş 30.11.2011 Masallı Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbulu təsdiq olunmuş qrafikə uyğun olaraq 29 noyabr 2011-ci il tarixdə Hişkədərə kəndində keçirilmişdir.
Uşaqlar bizim gələcəyimizdir 24.11.2011 24 noyabr 2011-ci il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbdə “Uşaqlar bizim gələcəyimizdir”mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
YAP-19 21.11.2011 Yeni Azərbaycan Partiyasının yaradılmasının 19 illiyi münasibətilə YAP Masallı rayon təşkilatı gənclər birliyinin təşəbbüsü ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Qarabağ əlilinə avtomobil verildi 19.11.2011 Masallı rayon Musaküçə kənd sakini, II qrup Qarabağ əlili Rəhimov Nahid Hakim oğluna 17 noyabr 2011-ci il tarixdə “LİFAN” markalı avtomobilin açarı təqdim olunmuşdur.
Xalq qəzeti: Gənclik gözəllik, coşqu, canatma və qələbə deməkdir. Bugünkü Azərbaycan gəncliyi cəmiyyətin ən fəal qanadını təşkil edir. Ölkəmizdə gənclər hərtərəfli qayğı ilə əhatə olunublar. Onlar dövlət quruculuğuna geniş cəlb edilir, vəzifələrə irəli çəkilir, etimadı doğrultmağa çalışırlar. Masallı rayonunda da bu sahədə yetərli uğurlar qazanılıb.
Respublika qəzeti:Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə Masallı şəhərində ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin adını daşıyan xatirə parkına gəlmiş, burada ulu öndərin abidəsini ziyarət etmişlər.
Xalq qəzeti: Bu gün Masallı ölkəmizin sürətlə inkişaf edən qabaqcıl rayonlarından biridir. Ötən hər ay, il burada yeni bir uğurun tarixinə çevrilir, adamların həyatında silinməz izlər buraxır.
Palitra: Layihə çərçivəsində regionlarda həyata keçirilən mədəniyyət tədbirləri, mədəni mərkəzlər və muzeylərin fəaliyyətinə, rayonların bu barədəki potensialı məsələlərinə də toxunmuşuq. Bu dəfə isə Masallıda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyi ilə bağlı oxucuları məlumatlandırmaq istəyirik.
Masallı (Bakıdan 232 km məsafədə). Rayon bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Talış dağları ilə əhatə olunub. Burada çox gözəl iqlim meşələrində kiçik göllər və şəlalələr, ən məşhuru İstisu bulağı olan çoxlu kükürdlü bulaqlar var.
Masallı rayonu Bakı-Astara magistral şossesinin 232 kilometrliyində yerləşir. Relyefinə və təbiətinə görə respublikanın səfalı və füsunkar guşələrindən biridir. Bir tərəfi qədim Talış dağları və meşələri ilə bir tərəfi Xəzər dənizi ilə əhatə olunmuşdur.
Respublikanın ən böyük və ən zəngin qoruqlarından olan Qızılağac qoruğu əsasən Qızılağac körfəzi və "Pirman" adlanan sahələrdə yerləşir. Qoruqda adları "Qırmızı kitab"a düşən quşlar və vəhşi heyvanlar var. Bundan başqa dünyada ən nadir ağaclardan olan "Qızılağac" ağacı (el arasında ona Razdar da deyilir) qorunur.
Masallı inzibati rayonu Azərbaycan Respublikasının cənubunda yerləşir, sahəsi 721 km2-dir. İnzibati rayon kimi 1930-cu ildən mövcuddur.Masallı rayonu şərqdə Xəzər dənizinin kiçik Qızılağac körfəzindən, qərbdə Talış dağları silsiləsinin orta dağ qurşağına qədər, şimalda Cəlilabad rayon sərhəddindən cənubda Lənkəran rayonu sərhəddinə kimi uzanır.