Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏRƏFƏ KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ

12 dekabr 2012 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 11.12.2012-ci il tarixdə Şərəfə ərazisində keçirilmişdir. Şərəfə ərazisi Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir. Ərazinin 3962 nəfər əhalisi və 1121 ha torpaq sahəsi vardır.
Həmçinin ərazidə 1 tam orta məktəb, 1 həkim məntəqəsi, 1 kənd klubu, 2 Şadlıq sarayı, 22 xidmət obyekti, 1 EATS və 1 poçt fəaliyyət göstərir.
Şərəfə ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq sakinləri salamlamış, onları qarşıdan gələn 31 dekab Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə təbrik etmiş, sonra Şərəfə ərazisində xeyli işlərin görüldüyünü, qarşıda görüləsi işlərin olduğunu vurğulamış, vətəndaşlardan onları narahat edən məsələlər barədə və ərazinin inkişafı ilə bağlı təkliflər vermələrini bildirmişdir.
Kənd ziyalılarından Əbilov Sadıq, Möhsümov Əşrəf, ağsaqqallardan Piriyev Cabir, Məmmədov Əhməd, kənd sakinlərindən Piriyev Maarif, Seyfullayev Vəli və başqaları çıxış edərək ərazi nümayəndəliyinin cari təmirinə, ərazidə 4.3 km məsafədə su aparıcı kanalın təmizlənməsinə, 6.4 km məsafədə kənd ara yollarının təmirinə, ərazidə 30 elektrik dirəyinin qoyulmasına, ərazinin 400 KV-lıq transformatorun təzəsi ilə əvəz edilməsinə və ərazidəki həkim məntəqəsinin təmirinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinlər Şərəfə kənd uşaq bağçasının yenidən tikilməsinə, əraziyə təbii qazın çəkilməsinə, ərazidə yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, ərazidə köhnəlmiş transformatorların dəyişdirilməsinə və kənd tam orta məktəbinin əsaslı təmirinə köməklik göstərilməsini xahiş etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.
 

Keçidlər