Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon Təhsil Şöbəsinin növbəti onlayn iclası

26 noyabr 2021 | 16:00

Masallı Rayon Təhsil Şöbəsinin növbəti onlayn iclası keçirilib.
26 noyabr 2021-ci il tarixdə Masallı Rayon Təhsil Şöbəsi, məktəb direktorları və direktor müavinlərinin birgə iştirakı ilə onlayn iclas keçirilib.
İclasda 260 nəfər iştirak edib.
Əvvəlcə canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclası giriş sözü ilə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov açıb.O , qeyd edib ki, dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində əhalinin koronovirus pandemiyasına qarşı peyləndlənmə prosesi sürətlə davam edir. Artıq peyvəndin III dozasının vurulması həyata keçirilir. Rayonumuzun təhsil işçiləri də peyvəndlənmə prosesinə cəlb edilib. Bunun nəticəsidir ki, təhsil işçilərinin böyük əksəriyyəti peyvənd olunub. Ümumitəhsil məktəblərində çalışan işçilərə peyvəndin III dozası vurulur. Heç bir təhsil işçisi peyvəndlənmə prosesindən kənarda qalmamalıdır. Əhali arasında maarifləndirmə işləri aparılmalı, məktəblərdə pandemiya qaydalarına ciddi riayət edilməlidir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, T.Əkbərov məlumat verdi ki, Masallı Rayon Təhsil Şöbəsində tətbiq edilmiş qrafikə əsasən məktəblərdə qazilər və müharibə iştirakşıları ilə görüşlər, şəhidlərimizin doğum və anım günləri ilə əlaqədar tədbirlər keçirilir. Tədbirlərə şəhid ailələrinin üzvləri və yaxınları dəvət edilir. Belə tədbirlər mütəmadi olaraq keçirilməlidir. Bununla yanaşı bütün məktəblərdə şəhidlərimizin xatirəsinə həsr olunmuş müsabiqələr, yarışlar keçirilməli, nümunəvi siniflərə və vaxtıkən şəhidlərimizin oxuduğu siniflərə onların adları verilməlidir. Bu tədbirlərin keçirilməsi şagirdlərimizin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır. Bu işdə təşkilatçı müavinlərin və UBT rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür.
Məktəblərdə yaranmış vakant texniki işçi yerlərinə qəbul zamanı şəhidlərin ailə üzvlərinə və qazilərə üstünlük verilir. Bundan sonra da yaranmış vakant yerlər ilk növbədə şəhid ailələlərinin üzvlərinə və qazilərə təklif edilməlidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə rayon polis və təhsil şöbələri ümumi təhsil məktəblərində “Narkomaniyaya və erkən nikahlara yox deyək” mövzusunda tədbirlər keçirilir. Bu tədbirlər bütün tədris ili boyunca davam etdiriləcəkdir. Bu sahədə məktəblərin psixoloqları və kitabxanaçıları daha fəal olmalıdırlar. Dərsdən yayınan şagirdlərin məktəbə cəlb edilməsi üçün aidiyyatı rayon təşkilatları ilə birgə fəaliyyət həyata keçirilıməlidir.
İclasın sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.

Keçidlər