Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənclərlə görüş

26 noyabr 2021 | 16:00

26 noyabr 2021-ci il tarixində Masallı Gənclər Evi" SXM-in təşkilatçılığı ilə Masallı Regional Dövlət Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Masallı Gənclər Evinin fəaliyyətinin gənclərə tanıtmaq məqsədilə görüş keçirilmişdir.

Tədbiri Masallı Gənclər Evinin metodisti Tural Sadıqov giriş sözü ilə açaraq Masallı Gənclər Evinin fəaliyyətə başladığı gündən 2020 və 2021 ci ildə keçirilmiş tədbirlər və təlimlər haqqında geniş şəkildə məlumat vermişdir.

Tədbirdə Masallı Gənclər Evinin psixoloqu Ramal Şükürov gənclər evinin göstərdiyi psixoloji xidmət haqqında gənclərin məlumatlandırmış və psixoloji problemleri olan gənclərə hər zaman dəstək olduqlarını qeyd etmişdir.

Tədbirdə Masallı Gənclər Evinin Tikiş və Toxuculuq dərnəyinin rəhbəri Əfsanə Kərimova dərnəyin fəaliyyəti haqqında və həftə içi 5 gün ərzində keçirdikləri dərnək dərsləri ilə bağlı gənclərə geniş məlumat vermişdir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər