Şriftin ölçüsü :

Saytın rəngi :

Region gənclərinin istehlakçı hüquqlarının qorunması sahəsində maarifləndirilməsi

12 iyun 2018 | 16:00

11 iyun 2018-ci il tarixdə Masallı Otelin konfrans zalında “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin iştirakı ilə istehlakçı hüquqları ilə bağlı təlim həyata keçirmişdir.

Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Region gənclərinin istehlakçı hüquqlarının qorunması sahəsində maarifləndirilməsi” layihəsi çərçivəsində reallaşdırılmışdır.
Tədbirin təşkili Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılmışdır.
Tədbirə giriş nitqi ilə başlayan “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Raci Səfərov təşkilat və donor haqqında, layihə və layihənin məqsədləri barədə , dövlətin gənclər siyasəti, bu sahədə təsdiq olunmuş proqramlar və digər mühüm məsələlərlə bağlı iştirakçıları məlumatlandırmışdır. O çıxışında qeyd etmişdir ki, istehlakçı hüququ yeganə hüquqdur ki, məhkəməyə müraciət etdikdə ona görə rüsum ödənilmir.
Təlimi beynəxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə edərək gənclərə istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu şərh olunmuş, ştrix-kod haqqında stehlakçı nələri bilməlidir mövzularında məlumat verilmiş və interaktiv müzakirələr aparılmışdır.
Təlim zamanı layihənin mövzusu iştirakçılar arasında geniş müzakirələrə səbəb olmuşdur.Çıxış edən iştirakçılar bu sahədə problemlərin olduğunu qeyd etmiş və problemdən çıxış yolları müzakirə olunmuşdur.
Masallı Rayon Təhsil Şöbəsinin nümayəndəsi Əyyar Burhanov çıxış edərək bildirmişdir ki, günümüzdə bu mövzu insanların sağlamlığı və qida təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Müşviq Qurbanov da iştirak etmişdir.

Keçidlər