Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda məktəblər arasında atletika idman növü üzrə rayon birinciliyi

06 noyabr 2018 | 16:00

 04-05 noyabr 2018-ci il tarixlərdə Masallı Olimpiya Kompleksində Masallı rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil şöbəsinin və Masallı Olimpiya Kompleksinin birgə  təşkilatçılığı ilə məktəblər arasında atletika idman növü üzrə Respublika çempionatının rayon birinciliyi keçirilib.

         Masallı rayon  Gənclər və İdman idarəsinin rəisi  Camal Manafov tədbiri giriş sözü ilə açaraq  Prezident cənab İlham Əliyevin idmana  və idmançılara göstərdiyi diqqət və qayğıdan danışaraq  bildirdi ki, bu gün Ölkənin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da idmanın ikişafı gündən günə yüksəlməkdədir. Hər il İdmançılarımızın  qazandıqları uğurlu nəticələr bunu deməyə əsas verir ki, İdmana  qayğı Ölkə Rəhbərliyi tərəfindən daima diqqət mərkəzində saxlanılır. Sonda bir daha iştrakçılara uğurlar arzuladı. 
       Tədbirdə çıxış edən Rayon Gənclər və İdamn İdarəsinin İdman sahəsi üzrə baş məsləhətçisi Şaban Əliyev ,Rayon  Təhsil  şöbəsinin metodkabinetin müdiri Bəybala Xəlilov, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlfağa Yaqubov çıxış edərək məktəbliləri salamlamış və  bu yarışda onların hər birinə uğurlar arzulamışlar.
       Yarışın yekununda Q.Babayev adına Mahmudavar kənd ümümi orta məktəbi I yerə, 3 saylı Ərkivan qəsəbə tam orta məktəbi II yerə, X.Məmmədov adına Xırmandalı kənd tam orta məktəbi III yerə layiq görülmüşlər.
    Qalib gəlmiş məktəblər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Təhsil nazirliyinin , Milli Olimpiya Komitəsinin və Məktəb İdmanları Federasiyasının birgə hazırladığı diplomlarla təltif edilmişdir.

Keçidlər