Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda mini futbol üzrə rayon turneri

18 yanvar 2019 | 16:00

15-18 yanvar 2019-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbə futbol meydançasında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş böyüklər arasında mini futbol üzrə Masallı rayon turneri keçirilmişdir.

Turnirin keçirilməsində əsas məqsəd 20 yanvar Şəhidlərinin əziz xatirəsini yad etmək, rayonda futbolun inkişafına nail olmaq və perspektivli idmançıları aşkar etməkdən ibarətdir.

Yarışların 2 qrup üzrə keçirildiyi turnirdə A qrupu üzrə “Veteranlar”, “Daşvənd”, “Bədirli” , “Masallı” komandaları, B qrupu üzrə isə “Gənclər”, “Qala”, “Bədəlan” , “Pələnglər" komandaları olmaqla 8 komanda mübarizə apardı.

17 yanvar 2019- cu il tarixdə turnirin qrup oyunlarına yekun vurulduqdan sonra A qrupu üzrə “ “Veteranlar” və “Daşvənd” komandası, B qrupu üzrə “Gənclər” və “Qala” komandası turnirin yarımfinalına çıxdı.

Yarımfinal oyunlarında qalib gələn Vetiran və Daşvənd komandaları turnirin finalına yüksəldi. 18 yanvar 2019- cu il tarixdə keçirilən Final oyununda “Veteranlar” komandası “Daşvənd” komandası üzərində 2: 0 hesablı qələbə qazanaraq I yeri qazandı.

Qalib gəlmiş komandalar Masalllı rayon Gənclər və İdman İdarəsi tərəfində diplomlarla mükafatlandırıldı.

Keçidlər