Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi

01 mart 2019 | 16:00

          01  mart  2019-cu il tarixdə  Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə  təşkilatçılığı ilə  ASAN İntellektual  İnkişaf  Mərkəzində  “08 Mart Beynəlxalq Qadınlar Günü” nə  həsr olunmuş Rayon tam orta ümumtəhsil məktəblilərinin qızlardan ibarət  X-XI sinif şagirdləri arasında  “Breyn rinq” İntellektual bilik yarışı  üzrə Rayon  birinciliyi keçirilmişdir.
          Tədbirin açılış mərasimində  Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək  iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və  qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış,tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.“Breyn rinq” intellectual bilik yarışının keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
         Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək iştrakçıları salamlamlş  və son illərdə qızların təhsilə olan marağından danışaraq onlara   yarışda uğurlar arzulamışdır.

           Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda   I yeri   E.Ağayev  adına Hişkədərə kənd  tam orta məktəbin qızlardan ibarət komandası , II yeri Sığdaş  kənd tam orta məktəbinin qızlardan ibarət komandası, III yeri isə Mahmudavar   kənd tam orta məktəbinin  qızlardan ibarət komandası tutmuşdur. “Dəfinə” məktəb-liseyinin qızlardan ibarət komandası  xüsusi fəallığına görə  diplom və hədiyyə ilə mükafatlandırıldı.
 
       Sonda  qalib komandalar Rayon  Gənclər və İdman  İdarəsi tərəfindən  kubok, diplom və hədiyyələrlə  təltif edilmişdir

Keçidlər