Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi

05 noyabr 2019 | 16:00

05 noyabr 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ASAN İntellektual İnkişaf Mərkəzində 9 Noyabr –“Dövlət Bayrağı Günü”nə həsr olunmuş gənclər arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gəncləri qərşıdan gələn Bayraq günü münasibəti ilə təbrik etmiş və gələcək həyatında onlara uğurlar arzulamışdır. Sonra idarə rəisi Camal Manafov "Dövlət Bayrağı günü"nün tarixi, mahiyyəti və əhəmiyyətindən bəhs etdi. O, bildirdi ki, dövlət bayramlarında belə intellektual bilik yarışların keçirilməsi həm tariximizin öyrənilməsi, həm də gənclərin dünyagörüşünün artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək yarışın əsas məqsədinin gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdən ibarət olduğunu vurğuladı.

Gərgin və mübarizə şəraitdə keçən bilik mübarizəsinin sonunda I yerə Bala Kolatan kənd tam orta məktəbinin gənclərdən ibarət “Big-bang” komandası, II yerə “Dəfinə” məktəb-liseyinin gənclərdən ibarət “Dəfinə” komandası , III yerə Ə.Bağırov adına 4 nömrəli Ərkivan qəsəbə tam orta məktəbinin gənclərdən ibarət “Zəka” komandası layiq görülmüşdür Fərqləndiyinə görə isə Bədəlan kənd tam orta məktəbinin gənclərdən ibarət “Bədəlan” komandası diplomla mükafatlandırılmışdı.

Qalib komandalar Rayon Gənclər və İdman İdarəsini tərəfindən kubok, diplom və medallarla, Rayon Təhsil şöbəsi tərəfindən isə diplomlarla təltif edilmişdir.

Keçidlər