Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda futzal üzrə rayon birinciliyinə yekun vuruldu

18 yanvar 2020 | 16:00

11-18 yanvar 2020-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Boradigah İdman zalında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş Gənclər və kişilər arasında futzal üzrə Masallı rayon birinciliyi keçirilmişdir.

Əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yarışın mükafatlandırma mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək yarışın keçirilməsində əsas məqsədin 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması , Bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasından ibarət olduğunu qeyd etdi. Bildirdi ki,Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır.

Tədbirdə “Boradigah İdman zalı” MMC-nin direktoru Rasif Əliyev, Boradigah qəsəbəsi bələdiyyəsinin sədri Etibar Paşayev, qəsəbə ağsaqqalı Ələsgər Hüseynov çıxış edərək öz çıxışında qeyd etdi ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir. 20 Yanvar faciəsi Xalqımızın qan yaddaşında əbədi olaraq yaşayacaq. 16 komandanın iştrakı ilə keçirilən rayon birinciliyində bütün komandalarda üstün oyun nümayiş etdirən Babaser kəndinin “Babaser” komandası və Ərkivan qəsəbəsinin “Ərkivan” komandası final oyununda üz-üzə gəldi. Maraqlı mübarizə şəraitində keçən oyunda Babaser kəndinin “Babaser” komandası rəqibini 1:0 hesabı ilə məğlub edərək birinciliyin qalibi adına layiq görülmüşdür.

Birincilikdə Ən yaxşı qapıçı adına “Binə Xocavar” komandasının qapıçısı Əmənəv Niyaməddin Elşad oğlu, Ən yaxş müdafəçi adına “Ərkivan” komandasının oyunçusu Mehrəliyev Bəxtiyar Bəhrəm oğlu, Ən yaxşı hücumçu adına “Ərkivan” komandasının hücumçusu İbadov Röyal Vəli oğlu, Ən yaxşı oyunçu adına “Babaser” komandasının oyunçusu Nəsirov Pərviz Rasif oğlu layiq görülmüşlər.

Qalib gəlmiş komandalar Masalllı rayon Gənclər və İdman İdarəsi və təşkilat komitəsi tərəfindən diplom ,kubok , qiymətli hədiyyələr və pul mükafatı ilə mükafatlandırıldı

Keçidlər